"Barselona" "Benfika"nın hücumçusunu istəyir

09:54 | 29.01.2014
"Barselona" "Benfika"nın hücumçusunu istəyir

"Barselona" "Benfika"nın hücumçusunu istəyir

"Benfika" klubunun hücumçusu Oskar Kardozo komandasını dəyişə bilər.Qol.Az-ın "El Mundo Deportivo"ya istinadən verdiyi məlumata görə, paraqvaylı futbolçu "Barselona"nın transfer hədəfinə düşüb.Kataloniya təmsilçisinin baş məşqçisi Xerardo Martino 30 yaşlı futbolçunu komandasında görmək istəyir. Argentinalı mütəxəssis bu istəyini rəhbərliyə bildirib. Yüksək məbləğ qarşılığında "Benfika"nın Kardozonu satacağı gözlənilir. Qeyd edək ki, Kardozo ilə Türkiyənin "Trabzonspor" klubu da yaxından maraqlanır.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti