"BDU-nun həyətində Rəsulzadənin heykəli ucaldılacaq!" - REKTOR

14:33 | 13.12.2013
"BDU-nun həyətində Rəsulzadənin heykəli ucaldılacaq!" - REKTOR

"BDU-nun həyətində Rəsulzadənin heykəli ucaldılacaq!" - REKTOR

"Xalq cümhuriyyətinin yaradıcılarının adları əbədiləşdirilməlidir. Onlara heykəllər ucaldılmalı və barələrində kitablar yazılmalıdır". Anspress-in verdiyi xəbərə bunu, Bakı Dövlət Universitetinin rektoru, millət vəkili Abel Məhərrəmov jurnalistlərə açıqlamasında söyləyib. A.Məhərrəmov, Məhəmməd Əmin Rəsulzadə üçün Universitetin həyətində heykəl ucaldılmasının vacibliyini də bildirib: "M.Ə.Rəsulzadənin universitetin həyətində heykəl ucaldılması onun adının universitetdə mövcud olması deməkdir". A.Məhərəmov Bakı Dövlət Universitetinin yaranmasında Xalq Cümhuriyyəti liderlərinin rolunun böyük olduğunu da bildirib: "Məhəmməd Əmin Rəsulzadə Universitetin yaranmasında tarixi xidmətlər göstərib". A. Məhərrəmli Bakı Dövlət Universitetində M,Ə.Rəsulzadənin anım tədbirlərinin və konfransaların keçirilə biləcəyini də qeyd edib. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb