"Bu, utancvericidir" - "Tvente"nin baş məşqçisi

12:03 | 29.08.2014
"Bu, utancvericidir" - "Tvente"nin baş məşqçisi

"Bu, utancvericidir" - "Tvente"nin baş məşqçisi

"İlk hissədə yaxşı oyun nümayiş etdirdik. Fasiləyə 1:0 üstün yollandıq. Ancaq hesab 2:1 və 3:1 də ola bilərdi."

Qol.Az-ın məlumatına görə, bu sözləri "Tvente" klubunun baş məşqçisi Alfred Şreyder Avropa Liqasının pley-off mərhələsinin "Qarabağ"la cavab oyunundan sonra keçirilən mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis "Qarabağ"ın fiziki cəhətdən daha hazırlıqlı olduğunu bildirib: "Fasilədən sonra məqsədimiz dəyişməmişdi. Ancaq hesab 1:1 olduqdan sonra oyuna nəzarəti itirdik. Bu qol rəqibə əlavə güc verdi. Qol epizodları yarada bilmirdik. "Qarabağ" kimi rəqibə oynamaq imkanı verməli deyildik. Rəqib yaxşı komandadır. Onlar fiziki cəhətdən daha hazırlıqlı idilər. Bizim komandamız isə gəncdir. Hər şeyi sıfırdan başlayırıq. Adət etdiyimizdən fərqli oyun gördük. Avrokubok oyunları bir məktəbdir. Təəssüf ki, qrup mərhələsinə vəsiqə qazana bilmədik. Bu, utancvericidir".  

Qeyd edək ki, öz meydanında "Qarabağ"la 1:1 bərabərə qalan "Tvente" Avroliqada mübarizəni dayandırıb. 

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb