"Bunlar müsəlman deyil, canavardılar"

14:38 | 15.09.2014
"Bunlar müsəlman deyil, canavardılar"

"Bunlar müsəlman deyil, canavardılar"

İngiltərənən Baş naziri Devid Kemeron terror təşkilatı İŞİD-ə qarşı mübarizəni davam etdirəcəklərin bildirərkən, qruplaşma haqqında "bunlar müsəlman deyil, canavardılar", - deyib. 

ANN.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Kemeron nazirləriylə təxminən iki saata yaxın təcili iclas keçirib. Kemeron İŞİD haqqında bu sözləri deyib: "Bunlar İraq və Suriyada minlərlə müsəlmanı, xristianı, azlıqları öldürür. Bunu da İslam adına etdiklərini deyirlər. Bu səfehlikdi. İslam sülh dinidir. Bunlar müsəlman deyillər, bunlar canavardılar...

Bunu hamımızın bilməsi lazımdı. İŞİD fanatiklərdən ibarət terror təşkilatıdır. Sadəcə ingilis vətəndaşı olan əsiri öldürmədilər, başqa Avropa ölkələrinə hücum etməyi planlaşdırıblar və planlamağa davam edirlər".

İngiltərənin cəbhələşməkdə maraqlı olmadığını deyən baş nazir, əksinə, ölkəsinin sülhə nail olmaq istədiyini söyləyib: "Başımızı əyib özümüzə güvənmək kimi seçimimiz yoxdur. Bu problem son aylarda göründüyü kimi təkcə bizim üçün deyil, Avropa və dünya üçün getdikcə pisləşir".

Kemerin İŞİD-i addım atdım məğlub edəcəklərini və sonda tamamilə yox edəcəklərini deyib. 

ANN.Az  

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM