"Öcalana ev həbsi verilsin"

20:00 | 29.04.2014
"Öcalana ev həbsi verilsin"

"Öcalana ev həbsi verilsin"

Türkiyənin İmralı bölgəsindəki həbsxanada saxlanılan və ömrülük həbs cəzasına məhkum edilən PKK liderinin Abdullah Öcalan bacısı Fatma Öcalanla görüşüb. ANS PRESS-in məlumatına görə, qardaşı ilə görüşdükdən sonra açıqlama verən Fatma Öcalan onun cəzasının ev həbsi ilə əvəz edilməsinin vacibliyini söyləyib:"Onun cəzasının ev həbsi ilə əvəz edilməsini çox istəyirik. Ora gedə bilmirik. Bu tələbi mənimlə yanaşı özü də söylədi. Bələdiyyə sədrlərindən və seçkilərdən danışdıq”. Qeyd edək ki, Öcalan bir müddət bundan öncə ölkədə keçirilən seçkilərin nəticələrinin bütün maneələrə baxmayaraq ölkədəki demokratiyaya təkan verdiyi söyləyib: “Hər şey dəyişir. Hökumətin atdığı addımlar ölkədə prosesləri kökündən dəyişə bilər. Bütün tərəflər bu məsələdə öz üzərlərinə düşəni etməlidirlər. Bütün qanuni dəyişikliklər çox tezliklə həyata keçirilməlidir”.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb