"Fənərbaxça" Azərbaycana gəlir

13:10 | 24.01.2014
"Fənərbaxça" Azərbaycana gəlir

"Fənərbaxça" Azərbaycana gəlir

Qəbələdə 15 yaşa qədər futbolçular arasında keçiriləcək III Beynəlxalq Qəbələ Kuboku uğrunda turnirdə iştirak üçün bir neçə tanınmış kluba dəvət göndərilib.

"Qəbələ" futbol klubunun mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, artıq dəvət alan iki klub – Türkiyə və Rusiya təmsilçiləri “Fənərbaxça” və Moskva “Lokomotiv”i turnirdə iştirakını rəsmi şəkildə təsdiqləyib. 29 may – 01 iyun tarixlərinə baş tutacaq turnirin digər iştirakçılarının adları da yaxın müddətdə müəyyənləşəcək.

Bu arada turnirdə iştirak üçün dəvət göndərilən "Barselona", "Ayaks" və "Yuventus"un III Qəbələ Kubokunda yer almayacağı dəqiqləşib. "Barselona" və "Ayaks"ın öncədən başqa turnirdə iştirak barədə təsdiq verməsi, "Yuventus"un isə həmin dövrdə yerli çempionatın final mərhələsində iştirak etməsi adıçəkilən komandaların Qəbələyə gəlməsinə mane olub.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb