"Formula-1" 2016-cı ildə keçiriləcək - Azərbaycanda

20:30 | 25.07.2014
"Formula-1" 2016-cı ildə keçiriləcək - Azərbaycanda

"Formula-1" 2016-cı ildə keçiriləcək - Azərbaycanda

“Formula-1” yarışlarının “Qran-pri” mərhələlərindən birinin Azərbaycanda 2016-cı ildə keçiriləcəyi dəqiqləşib.APA-nın “Forbes” jurnalına istinadən verdiyi məlumata görə, bu barədə “Formula-1” yarışlarının rəhbəri Bernard Ekklstoun bildirib.B. Ekklistoun deyib ki, “Qran-pri” mərhələlərindən biri Azərbaycanda 2015-ci ildə keçirilsəydi, yarışların sayı həmin mövsümündə 20-dən çox olacaqdı: “Bu isə təqvimin həddindən artıq uzanmasına gətirib çıxaracaqdı. Təqvimin uzanması aparıcı komandaların narazılığına səbəb ola bilərdi. Odur ki, biz “Qran-pri” mərhələlərindən birinin Azərbaycanda 2016-cı ildə keçirilməsinə qərar verdik”.Qeyd edək ki, bundan əvvəl yarışmanın 2015-ci ildə keçirilməsi planlaşdırılırdı. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb