"Gülnarə Kərimova -şahzadə, yoxsa soyğunçu?" - FOTOLAR

16:21 | 16.11.2013
"Gülnarə Kərimova -şahzadə, yoxsa soyğunçu?" - FOTOLAR

"Gülnarə Kərimova -şahzadə, yoxsa soyğunçu?" - FOTOLAR

"Liberty” radiosunun rəsmi internet saytında Özbəkistan prezidentinin qızı Gülnarə Kərimovanın fəaliyyəti haqqında məqalə dərc olunub. ANN.Az saytı Deyzi Sindeların müəllifi olduğu həmin məqaləni oxucuların diqqətinə təqdim edir:Çin ulduz falına görə, 2013-cü il İlan ili idi. Əgər jurnalistlərin də hər hansı ilahi adqoyma ixtiyarı olsaydı, onda bu il "Gülnarə ili” olardı. Tvitterdəki coşğunluğundan tutmuş Jerar Depardye ilə duetinə qədər ,yaxud digər qeyri-standart xəbərlər Gülnarə Kərimovanı Özbəkistanda az tanınan şəxsdən diqqət çəkən insana çevirdi. O, atası, Özbəkistan prezidenti İslam Kərimovun hakimiyyəti dövründə ölkədə insan hüquqlarının pozulması ilə əlaqədar yaranmış ağlamalı vəziyyətlə bağlı fundamental məsələlərin araşdırılmasında faydalı tramplin oldu.  Kərimova 2015-ci il seçkilərində atasının varisi olaraq adlandırıldıqdan sonra, onun barəsində istər ciddi, istərsə də qeyri-ciddi xəbər çox vacib görünürdü. Amma indi onun siyasi ulduzu Yer Kürəsinə endikdən sonra, bir çoxları sual edirlər: Gülnarə ili öz məqsədlərinə çatdımı, yoxsa bu, tabloidlər üçün yalnız qida idi?Avropa KİV-i "Human Rights Watch"un direktoru Endrü Ştroylyayn Tvitter sparrinq vasitəsilə Gülnarəni, onun ölkəsinin türmədə işgəncələr, məcburi əmək fəaliyyəti və qanunsuz saxlanmalarla bağlı statistikasını öyrənmək üçün müşahidənin ən yaxşı üsulunu tapdı. O, deyir ki, Kərimovanın məşhurluğu nadir hallarda dünya mətbuatının başlıqlarında görünən, təcrid edilmiş vəziyyətdə yaşayan insanlar üçün faydalı oldu. Amma insan hüquqlarının yaxşılaşması nöqteyi-nəzərindən vəziyyət nə yerdədir? Elə də yaxşı deyil."Tvitterdə onun ünsiyyətini təşkil etmək və Tvitter fəallarıyla danışmaq kimi qəribəliklər faydalı idimi? Bu bizə bəzi məsələləri işıqlandırmağa kömək etdimi? Ola bilsin qismən kömək etdi", - Ştroylyayn dedi. "Amma fakt faktlığında qalır və nəticədə Özbəkistan diyarında heç bir əhəmiyyətli dəyişiklik olmadı. Bu ölkə əvvəlki kimi insan hüquqları pozuntusuna görə ağlamalı vəziyyətdədir. Beləliklə, bu, təəssüf ki bir az intermedia idi".Şahzadə, yoxsa soyğunçu?41 yaşlı Kərimovanın fəaliyyət diapazonunu bir çox hallarda çətin qiymətləndirmək olur, bu, yüngülxasiyyət ərköyünlüyün və polad ambisiyaların arasında sərhəd keçən yerdir.O, deyəsən, pop-musiqi, geyim və yoqa kimi zərərsiz məşğuliyyətləri çox sevir. Amma o həmçinin rəqiblərinin, aktivlərinin amansız mənimsənilməsində və xarici investorlarla korrupsiya sazişlərinə imza atmaqda böyük zirvələri fəth edib.Sənədlərə əsasən, İsveçrə, İsveç və Fransa banklarında pul yuyulmasında iştirak edən Kərimova İsveç telekommunikasiya nəhəngi TeliaSonera-dan Özbəkistan bazarına giriş üçün rüşvəti tələb edib. TeliaSoneranın yerli bölməsi olan UCell Kərimovanın sevimli layihələrinə bolluca sponsorluq etməyə davam edir, onun xeyriyyəçilik fondu və illik festival Style.uz da sponsordur. Eyni zamanda, Kərimova beynəlxalq arenada siyasi legitimlik qazanmağa çalışır. Hələ onun prezidentlik ambisiyaları haqqında şayiələr dövr etməyə başlayarkən, o, öz ölkəsinin Cenevrədə BMT yanında səfiri kimi xidmət edirdi.Gənc, yaxşı tərzlərə malik və dünya görmüş Kərimova nə vaxtsa özbək hakimiyyətinin vəhşilikləri haqqında artan əndişə problemlərinin həlli üçün mükəmməl fiqur kimi görünürdü – məsələn, 2005-ci il Əndican qırğını zamanı və pambıqda illik məhsul yığımında əmək haqqı ödənilmədən uşaqlardan və tələbələrdən istifadə edilməsi. Bu məsələlər 2012-ci ildə Nyu-Yorkda keçirilən moda həftəsində onun modellərinin boykotuna gətirib çıxardı.Amma Kərimova insan hüquqları məsələləri üzrə geniş ictimaiyyətlə qarşılıqlı təsirin bütün imkanlarını davamlı rədd edirdi. İllərlə türmə həyatı yaşamış özbək insan hüquqları müdafiəçisi Mutabar Tadcıbəyeva Fransaya qaçmazdan əvvəl dedi ki, o, Cenevrədə Kərimovanın personalının "hətta ofisini tapmaq" vəziyyətində deyildi və ondan sonra Kərimovanın Cologny rayonunda yerləşən 20 milyon dəyərində dəbdəbəli villasına yaxınlaşdıqda polis dindirmələrinə məruz qalıbmış."Bu, şahzadə haqqında nağıldır, o, düşünür ki, nə istəyirsə edə bilər, çünki – sultan qızıdır. Və Gülnarə Kərimova – məhz belə qadındır", - Tadcıbəyeva deyir."O, özünü Cenevrədə BMT yanında Özbəkistan səfiri kimi aparmır", - o, əlavə edir. "O, özünü diplomlarının sayını deyən fəlsəfə doktoru kimi aparmır. Xeyr, o özünü küçədə gəzən adi qadın kimi aparır, həmin qadın isə istər haqlı olsun, istərsə də yox, qışqır-bağır salır və günahı başqalarında axtarır".Təbii ki yenə təkKərimovanın öz ailəsi bununla razılaşa bilər. Ötən ay Kərimov klanının daxilində mübahisə qopdu, Gülnarə öz kiçik bacısı Lola Kərimova-Tilyayevanı cadugərlikdə və onların anası Tatyananı ovsunlamaq üçün ondan istifadə etməkdə ittiham etdi. (Yerli mətbuatın məlumatlara görə, Lola tərəfindən qızışdırılan Tatyana Kərimova Gülnarənin problemlərini daha da kəskinləşdirdi və İslam Kərimova onun iri həcmli korrupsiya və cinayət əməllərinə bulaşdığını xəbər verdi). O vaxtdan Kərimova mühafizəçilərini itiməli oldu, onun müttəfiqlərini həbs etdilər və o o da telekanallardan və radiodan uzaqlaşmalı oldu. Onun təşkilatlarından bəziləri, həmçinin güclü Fond Forum, bildirildiyi kimi, istintaqa düşdü və yalnız birinin - TerraGroup şirkətinin bank hesabları donduruldu.Kərimovanın daxili aktivlərinə hücum o qədər qəfildən və silkələyən oldu ki, bu əmrin birbaşa prezzidentdən gəldiyi iddia olunur. Atanın və qızın arasında belə təəccüblü parçalanma Tvitterlə silahlanmış Kərimovanı vadar etdi ki, atasını Stalinlə müqayisə etsin, özünü isə Stalinin başıbəlalı oğullarıyla.Özbəkistandan gəlmə Alişer İlhamov deyir ki, nə qədər körpünün yandırılması o qədər də əhəmiyyətli deyil. Yalnız hər vaxt bir körpünün salamat qalmasına çalışmaq lazımdır - prezidentə aparan körpünü."O hələ də hansısa ambisiyalara malikdir. Və o, hələ də ümid edir ki, necəsə bütün bu neqativ anları atacaq və atasıyla münasibətləri qaydasına salmağı bacaracaq", - London universitetinin şərq və afrika tədqiqatları məktəbinin elmi işçisi İlhamov deyir."Çünki onun üçün siyasi və hətta fiziki cəhətdən sağ qalması yalnız ölkədə onun siyasi vəziyyətinin bərpası yolu ilə mümkündür, çünki Kərimovdan sonra onun da taleyinin necə olacağı müəmmalıdır".Bu, hələ son deyilKərimovanın iflası haqqında xəbərlərin fonunda Özbəkistanda varislik dramı oyandı. Ən az, üç ən yüksək vəzifəli şəxs - baş nazir Şövkət Mirzoyev, baş nazir müavini Rüstəm Əzimov və gizli polisin rəhbəri Rüstəm İnoyatov ən yüksək post uğrunda rəqabət aparırlar. Amma əminlik yoxdur ki, 75 yaşlı Kərimov sağlamlığının zəif olmasına baxmayaraq, ölkədə növbəti 2015-ci il seçkilərində öz postundan imtina etməyə hazırdır. Çoxları hesab edirlər ki, ata Kərimov prezident vəzifəsini tərk etdikdən sonra qız Kərimova bu posta yiyələnməklə bütovlükdə öz atasını və ailəsini cinayət təqibindən müdafiə etmək üçün yeganə adam ola bilər. (Bəzi müşahidəçilər güman edirlər ki, indiki inciklik sadə siyasi tamaşa ola bilər, bu da Kərimovun rəqiblərini çaşdırmaq üçün quraşdırıla bilər və əslində Gülnarə hələ də atasının ən yaxşı seçimi olaraq qalır.)Tadcıbəyovanın sözlərinə görə, başqa birisinin prezident ola biləcəyi perspektivləri həm islahatlar üçün ümid yaradır, həm də bu, ölkənin xaosdan qurtulması deməkdir: "Kimin prezident olmasından asılı olmayaraq, həmin şəxsin birinci işi Kərimovlar ailəsindən intiqam almaq olacaq".Beləliklə, aktivistlər güman edirlər ki, Kərimovanın qurbana çevriləcəyi gün qarşıdadır.İnsan hüquqları üzrə Beynəlxalq əməkdaşlığın Brüssel institutundan Ann-Sofi Nayman deyir ki, çox geniş reklam edilmiş və qəfildən enmiş Gülnarənin çox az müsbət cəhətləri var. Amma əgər "diktatorun qızı" elə özü cinayətkar avtokratiyanın qurbanı olacaqsa, onda bu, zamanda onun uğurunu təmin etmiş rejimin nə qədər amansız olduğunu sübut edəcək."Həmçinin onun kütləvi informasiya vasitələrlərinin bağlanması bir az paradoksaldır. Bu onu göstərir ki, yüksək vəzifədə olan digər şəxslər də, eyni zamanda Özbəkistan rejim elitasının üzvləri də cəza siyasətinin qurbanı ola bilərlər", - Nayman deyir."Ola bilsin bu, həm də ölkədəki vəziyyəti simvollaşdırır. Yəni heç kim təhlükədən sığortalanmayıb".www.rferl.org/content/does-gulnara-karimova-matter/25155794.htmlTərcümə: Ramil RahiboğluANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb