"İstefam barədə söhbət gedə bilməz" - Böyükağa Hacıyev

10:48 | 29.08.2014
"İstefam barədə söhbət gedə bilməz" - Böyükağa Hacıyev

"İstefam barədə söhbət gedə bilməz" - Böyükağa Hacıyev

"Bu oyunda hamı bizdən qələbə gözləyirdi. Futbolda belə sürprizlər olur. Sizləri sevindirə bilmədiyim üçün üzr istəyirəm. Nfor qırmızı vərəqə almasaydı, belə olmayacaqdı. Bu gün qismətimizdə qələbə qazanmaq yox imiş”.

Qol.Az-ın məlumatına görə, bu sözləri "Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev Avropa Liqasının pley-off mərhələsində "Partizan"a uduzduğu (1:2) oyundan sonra deyib.

O bildirib ki, komandasının turnirdə mübarizəni dayandırmasına baxmayaraq, istefa verməyəcəyini deyib:

“İstefam haqqında söhbət gedə bilməz. Bu gün “Neftçi”nin pley-offa kimi gəlməsi özü də yaxşı haldır. İndi qrupa düşməyimiz alınmadı. Bu gün ölüm, ya olum söhbəti idi. Bertuççi öz zonasında boşluqlara yol verirdi. Ona görə də ehtiyatda qaldı. Məqsəd İsayevin bir qədər zamana ehtiyacı var. O, Azərbaycan çempionatı üçün tam hazırdır. Ondan orda yararlanacağıq.

B.Hacıyev futbolçusu Bertuççininin oyununu bəyənmədiyini də bildirib: 

“Bertuççi həddindən artıq iddialı futbolçudur. O, Braziliya U-21-də oynayıb, hələ burnunda havası qalıb. Amma hücumameyilli futbolçu buraxmalıydım. Onu buraxdım. Amma çox təəssüf ki, o, ümidləri yenə doğrultmadı. Bu, mənim səhv əvəzetməm idi. Sizə elə gəlmirmi ki, Flavinyoda eniş var? O, bu il avrokubok oyunlarında heç vaxt mənim ümidlərimi doğrultmayıb. Vobay isə istənilən rəqib üçün baş bəlasıdır. O özü əvəzlənməyini istədi. Belə oyunlardan sonra mənim üçün Azərbaycan çempionatına heç bir maraq yoxdur”.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti