"İtaliyaya qayıtmaq yanlış qərar idi" - Balotelli

14:05 | 26.08.2014
"İtaliyaya qayıtmaq yanlış qərar idi" - Balotelli

"İtaliyaya qayıtmaq yanlış qərar idi" - Balotelli

"Liverpul"un yeni transferi Mario Balotelli ingilis klubuna keçidi haqda danışıb.

Qol.Az-ın məlumatına görə, "Mançester Siti"nin sabiq futbolçusu klubun rəsmi saytına açıqlamasında İtaliyaya qayıtmağın yanlış qərar olduğunu bildirib:

"Liverpul" İngiltərənin ən güclü klublarından biridir. Bu komanda yaxşı oyun sərgiləyir. "Liverpul"da çoxlu sayda istedadlı, gənc futbolçular toplaşıb. Yenidən İngiltərəyə qayıtdığım üçün şadam. Çünki İtaliyaya qayıtmaq yanlış qərar idi. "Mançester Siti" - "Liverpul" matçını mütləq izləyəcəm. Təbii ki, bu görüşdə oynamaq istərdim. Ancaq bu, mümkünsüzdür. Komandamı tribunadan dəstəkləyəcəm".

Qeyd edək ki, Balotelli 20 milyon avro müqabilində "Milan"dan "Liverpul"a transfer olunub. 

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb