"Oskar" mükafatlı aktyor öldü

09:12 | 03.02.2014
"Oskar" mükafatlı aktyor öldü

"Oskar" mükafatlı aktyor öldü

ABŞ-ın "Oskar" mükafatlı məşhur aktyoru ölüb. ANS PRESS-in xarici mətbuata istinadən məlumatına görə, məşhur aktyor Filip Seymur Hoffman Nyu-yorkdakı şəxsi evində ölü tapılıb.Hoffman 2005-ci ildə "Kapote" filmindəki baş roluna görə ən yaxşı kişi aktyor nominasiyasında "Oskar" mükafatına layiq görülüb. Hoffman sonuncu dəfə keçən il "The Master" filmi olmaqla, 3 filmdə ən yaxşı köməkçi kişi aktyor nominasiyası üzrə "Oskar" namizədliyinə sahib idi. İlkin ehtimala görə, aktyorun çox miqdarda narkotik qəbul etməsi səbəbindən öldüyü güman olunur. Qeyd edək ki, dünyasını dəyişən 46 yaşlı aktyor 2013-cü ildə narkotik istifadəsi və alkogol səbəbindən müalicə olunub. .ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb