"Payızda Əliyev-Sarkisyan görüşü ola bilər" - SƏFİR

13:52 | 29.08.2014
"Payızda Əliyev-Sarkisyan görüşü ola bilər" - SƏFİR

"Payızda Əliyev-Sarkisyan görüşü ola bilər" - SƏFİR

Rusiyanın Ermənistandakı səfiri: İlham Əliyev və Serj Sarkisyan erməni diversant Karen Petrosyanı müzakirə etmək üçün görüşə bilərlər.Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Azərbaycan və Ermənistan prezidentlərinin görüşməsinə yönələn bütün mümkünlükləri dəstəkləyir. AzVision.az xəbər verir ki, bunu Rusiyanın Ermənistandakı səfiri İvan Volınkin erməni mətbuatına bildirib. İvan Volınkin bildirib ki, görüşdə müzakirə olunacaq əsas məsələ sərhədi təxribat məqsədilə pozduğuna görə, Azərbaycan əsgərləri tərəfindən əsir götürülən 31 yaşlı Tavuş sakini Karen Petrosyanın məsələsi olacaq. Qeyd edək ki, erməni diversant əsir düşdükdən və sonra kəskin ürək çatışmazlığından ölüb.İ. Volınkinin sözlərinə görə, "Karen Petrosyanın məsələsinin müzakirəsi hərtərəfli olmalı, prosesə bütün tərəflər cəlb edilməlidir"."Hər şey tərəflərin razılaşmasından asılı olacaq. Mümkün insident risklərinin azlması üçün, araşdırma mexanizmi yaxşı işləməlidir" - rusiyalı səfir qeyd edib.Bu arada, Karnegi Mərkəzinin Qafqaz məsələləri üzrə baş eksperti Tomas de Vaal, "Soçiyə -ideyasız" məqaləsində qeyd edib ki, Birləşmiş Ştatlar payızda BMT Baş Assambleyasının sammitinin kuluarında görüş keçirməyi planlaşdırır, Fransa prezidenti Fransua Olland isə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyanı Parisə dəvət etmək niyyətindədir.Azərbaycan və Ermənistan prezidentlərinin payızda mümkün görüşü barədə ATƏT-in amerikalı həmsədri Ceyms Uorlik də bəyanat verib. "Prezidentlər, Qarabağ münaqişəsinin sülh yolu ilə həlli danışıqlarını inkişaf etdirmək məqsədilə Soçi müzkirəsini davam etdirmək üçün görüşə bilərlər"- deyə o bildirib.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM