"Qalatasaray" azarkeşlərinə ŞAD XƏBƏR

Türkiyə Super Liqasının X turundakı “Konyaspor”la oyunda ayaq baş barmağından zədələnən “Qalatasaray”ın əsas heyət qapıçısı Fernando Musleradan sevindirici xəbər gəlib. Apasport.az saytının yerli KİV-ə istinadən məlumatına görə, uruqvaylı qolkiper ötən gün komandası ilə birlikdə məşqlərə qatılıb.Baş məşqçi Roberto Mançininin Superliqanın növbəti turundakı “Elazığspor” matçında Musleraya şans verəcəyi deyilir.Qeyd edək ki, 27 yaşlı qapıçı 2011-ci ildə İtaliyanın “Latsio” klubundan “Qalatasaray”a transfer olunub. ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 