"Qalatasaray" bu gün daha bir futbolçusu ilə yolları ayırıb.
Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, klub Albert Riera ilə müqaviləni qarşılıqlı razılaşma ilə ləğv edib. Bunun üçün "Cim-Bom" ispan oyunçuya 750 min dollar təzminat ödəyib.
Bununla da, klubun baş məşqçisi Roberto Mançinin komandadan görmək istəmədiyi ikinci futbolçu da "Qalatasaray"dan ayrılıb.
Qeyd edək ki, italiyalı mütəxəssis Dani, Riera və Nordin Ambaratın getməsini istəyirdi. N.Ambarat "Malaqa"ya transfer olsa da, Dani hələ də "Qalatasaray"dadır.
Qol.az
Bizi sosial şəbəkələrdə izləyin !