"Qarabağ" 6 pillə irəlilədi

17:39 | 28.11.2014

"Qarabağ" 6 pillə irəlilədi

Avropa kuboklarında növbəti turun oyunlarından sonra UEFA üzv ölkələrin və klubların əmsallar cədvəlini açıqlayıb.

ANN.Az "Report"a istinadən xəbər verir ki, Azərbaycanın "Qarabağ" klubu Avropa Liqasında "Sent-Etyen" komandası ilə Fransada nail olduğu 1:1 hesablı heç-heçədən sonra son 5 mövsümün göstəricilərinin yekununda 6 pillə irəliləyib.Hazırda 10,450 xala malik "Qarabağ" 158-ci pillədə qərarlaşıb. Amma Ağdam komandası bu mövsümün göstəricilərində ötən siyahı ilə müqayisədə 4 pillə geriləyib. "Sent-Etyen"lə heç-heçədən sonra "Qarabağ"ın bu mövsüm əldə etdiyi xalların sayı 4-ə, əmsalları 4,675-ə çatsa da, klub 65-ci pilləyə enib. Ölkələr üzrə reytinq siyahısına gəldikdə, Azərbaycanın xalları 12,250-yə çatsa da, 29-cu pillədə qalıb. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM