"Qəbələ" və "Neftçi" liderliyə doğru

21:45 | 02.02.2014
"Qəbələ" və "Neftçi" liderliyə doğru

"Qəbələ" və "Neftçi" liderliyə doğru

Bu gün Premyer Liqada 19-cu turunun daha üç oyunu keçirilib.

Trend-in məlumatına görə, son oyun günündə "Bakı" doğma meydanda "Rəvan"la qarşılaşıb. Digər oyunda isə "Neftçi" öz meydanında "Simurq"u sınağa çəkib.

Çempionluq uğrunda mübarizə aparan "Qəbələ" klubu səfərdə "Sumqayıt"ın qonağı olub.

Qeyd edək ki, turun ilk qarşılaşmasında "Qarabağ" evdə "Xəzər Lənkəran" klubuna 0:1 hesabı ilə uduzmuşdu.

2 fevral (bazar)

Topaz Premyer Liqası, 19-cu tur

14:00. "Neftçi" - "Simurq" - 3:0

İsmət Qayıbov adına qəsəbə stadionu.

14:30. "Sumqayıt" - "Qəbələ" - 0:3

Qollar: Viktor Mendi, 3 (0:1), Lorense Ebesilio, 51 (0:2), Leonardo, 57 (0:3)

Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Akif Əmirəli, Ziya Nəsirov

Bayıl Arena

13:30. "Bakı" - "Rəvan" 5:1

Qollar: Cavid Hüseynov, 11-pen. (1:0), Risto Ristoviç, 20 (2:0), Xavyer Junior, 49 (3:0), Rauf Əliyev, 64 (4:0), Aleksandr Şoliç, 80 (5:0), Tyaqo, 90 (5:1)

Hakimlər: Ömər Paşayev, Mübariz Haşımov, Elman Musayev, Teymur Fərhadov

"Bakı" FK-nın təlim-məşq bazasının stadionu, əsas meydança.

1 fevral (şənbə)

"Qarabağ" - "Xəzər Lənkəran" - 0:1

Qol: Adrian Skarlatake, 49 (0:1)

Hakimlər: Ramil Diniyev, Rza Məmmədov, Azər Əsgərov, Mahir Məmmədov

Tofiq Bəhramov adına Respublika stadionu.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM