"Rəsulzadənin əleyhinə danışanlar prezidentin sərəncamına qarşı çıxmış olurlar"

18:16 | 29.11.2013
"Rəsulzadənin əleyhinə danışanlar prezidentin sərəncamına qarşı çıxmış olurlar"

"Rəsulzadənin əleyhinə danışanlar prezidentin sərəncamına qarşı çıxmış olurlar"

“Mən Nizami Cəfərovun Məmməd Əmin Rəsulzadə haqqında nə deyib bu barədə danışmaq istəmirəm və bu onun bir fərd olaraq mövqeyidir. Bununla mənin işim yoxdur. Bunun səbəbini və arqumentini onun özündən eşitməyiniz daha yaxşı olardı ki, niyə belə deyib. Hər bir insanın istənilən şəxs. O cümlədən M.Ə. Rəsulzadə ilə bağlı fikri ola bilər. Ona görə də məsələnin Nizami Cəfərovla hissəsini qapadıb, sadəcə Məmməd Əmin Rəsulzadənin Azərbaycan və bizimçün kim olması haqqında mövqeyimi bildirmək istəyirəm.”

Bu fikri Avropa.info-ya açıqlamasında millət vəkili, professor Fəzail İbrahimli deyib.

Onun sözlərinə görə, M.Ə. Rəsulzadə haqqında danışarkən və ya mövqe bildirərkən ən azı 20-ci əsrin 20-ci illərində dünyada, regionda, Rusiyada gedən prosesləri və bu siyasi proseslərdə liderlərin rolunu dəyərləndirib qiymət vermək lazımdır: “Biz nə qədər ki, o dövrdə baş verən prosesləri düzgün dəyərləndirə bilməyəcəyiksə, o zaman düzgün nəticə də çıxara bilməyəcəyik. Burada söhbət Nizami Cəfərovdan getmir. Ən azından bu insanlar yaranmış durumdan yaranıb milli varlığımızı təsdiq etdilər və dövlətçiliyimiz bərpa etdilər və bizləri bir millət kimi məhv olmaqdan qorudular. Dünyaya bəyan etdilər ki, belə bir dövlət də var.”

Millət vəkili onu da əlavə edib ki, 16-ci əsrdə üç xalq yaşayırdı və onlar heç kotanın nə olduğunu bilmirdilər. “Amma 16-cə əsrdə Azərbaycanın bu ərazidə Səfəvilər adı altında güclü bir dövləti vardı. Azərbaycanın varlığı üçün canlarını qurban verən bu şəxslərə heç vətən də ölumdə nəsib olmadı.”

Fikrini davam etdirən millət vəkili deyib ki, ən azından bu liderlər haqqında danışanda heç olmasa ümumilli lider Heydər Əliyevin onlar haqqında və Azərbaycan Xalq Cümhuriyyəti (AXC) haqqında dedikləri fikrə diqqət yetirsinlər. “Axı H. Əliyev dəfələrlə bəyan edib ki, bu günkü müstəqil Azərbaycan AXC-nin varisidir. Ən azından bu ümummilli liderin və Azərbaycan prezidenti İlham Əliyevin bu yaxınlarda M. Ə. Rəsulzadə ilə bağlı sərəncamının əleyhinə çıxaraq, əks mövqe nümayiş etdirmiş oluruq. Bununla da biz özümüzü həm AXC-nin varisi elan edirik, həm də onunə leyhinə çıxırıq. Necə ola bilər ki, nəvə babası, oğul atası haqqında pis danışa. Bu, başa düşülən deyil. Əgər mənim babam “julikdirsə”, bəs onda mən kiməm?... Əgər bu gün kimlərsə varis haqqında mənfi düşünməyə başlayırsa, onda düşünmək lazımdır ki, ey dili-qafil nə baş verir. Bunun səbəbi nədir? Niyə belə danışırlar? Qoy buna aydınlıq gətirsinlər”.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM