"Rusiya Ukraynanı yox etmək istəyir"

11:05 | 15.09.2014
"Rusiya Ukraynanı yox etmək istəyir"

"Rusiya Ukraynanı yox etmək istəyir"

Ukraynanın baş naziri Arseniy Yatssenyuk Rusiyanın Ukraynanı "yox etməyə çalışdığını" deyərək, ölkəsinin "Moskvanın hədəflərinin qarşısında maneə olduğunu" dilə gətirib. 

ANN.Az-ın verdiyi xəbərə görə, Ukrayna mətbuatına açıqlamalar verən baş nazir ölkəsinin Rusiyanın qlobal düzəni yenidən formalaşdırmaq cəhdinin qarşısında durduğunu bildirib. Yatsenyuk Moskvanın Sovetlər Birliyini yenidən qurmağı hədəflədiyini deməklə, mövqeyinin prezident Petro Poroşenkonun mövqeyindən seçildiyini göstərib. 

Baş nazir prezident daha milliyətçi mövqeyi ilə seçilir və atəşkəsə bel bağlamadığını tez-tez dilə gətirir.   

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM