"Sevilya"nın futbolçusu "Atletiko"nun hədəfində

21:18 | 31.01.2014
"Sevilya"nın futbolçusu "Atletiko"nun hədəfində

"Sevilya"nın futbolçusu "Atletiko"nun hədəfində

İspaniyanın "Atletiko" (Madrid) klubu növbəti transfer hədəfini açıqlayıb.Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, Madrid təmsilçisi "Sevilya"nın futbolçusu İvan Rakitiçə "elçi" düşüb."Atletiko"nun baş məşqçisi Dieqo Simeone xorvatiyalı futbolçunu komandasında görmək istədiyini açıqlayıb. Mövsümün sonunda komandası ilə müqaviləsi başa çatacaq 25 yaşlı futbolçu ilə "Çelsi" və "Mançester Yunayted" klubları da yaxından maraqlanır. Lakin "Sevilya" rəhbərliyi də Rakitiçi komandada saxlamaq niyyətindədir.Qeyd edək ki, Rakitiç 2011-ci ildə "Şalke"dən "Sevilya"ya transfer olunub. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM