Qurban Məmmədovun obyektindən əşyalar çıxarılır - FOTO

14:42 | 05.09.2020
Qurban Məmmədovun obyektindən əşyalar çıxarılır - FOTO

Qurban Məmmədovun obyektindən əşyalar çıxarılır - FOTO

Bir müddətdir xaricə sığınan, Azərbaycan hökumətini sərt tənqid və şantaj edən Qurban Məmmədova Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev və keçmiş şöbə müdiri Əli Həsənovun diktəsiylə verilən Nərimanov rayonunda yerləşən 5 mərtəbəli evinin əşyaları çıxarılıb.

"Qafqazinfo”nun verdiyi xəbərə görə, hazırda rayonun Murtuza Nağıyev 4-6 ünvanında yerləşən obyektdə Nərimanov Rayon İcra Hakimiyyətinin əməkdaşları əşyaları çıxarıb məhəllədəki sığınaqa yerləşdirib.

Obyektin 1-ci mərtəbəsində yerləşən "Wellmax” şirkətinə məxsus avadanlıqlar və digər mərtəbələrdəki əşyalar çıxarılıb.

Ərazidə təhlükəsizliyi təmin etmək üçün polis əməkdaşları cəlb olunub.




www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM