Qurban Qurbanov Türkiyədən təklif alıb?

17:02 | 06.12.2013

Bir neçə gün əvvəl Qurban Qurbanovun Türkiyədən təklif alması ilə bağlı xəbər yayılmışdı. "Qarabağ"ın baş məşqçisini PTT 1-ci liqa klublarından birinin istədiyi deyilirdi.

Fanat.az xəbər verir ki, Qurbanov xəbərə futbol11.az saytına açıqlamasında münasbəti bildirib: "Mən bu xəbərlə tanış olsam da, məsələnin üstünə düşmədim. Təklif söz-söhbətdən ibarət olmur. Ümumiyyətlə, hazırda "Qarabağ"ın baş məşqçisiyəm və ölkə xaricinə çıxmaq barədə düşünmürəm".

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

Tərəfdaşların xəbərləri

REKLAM