Qurbanlıq qoyunlar neçəyə satılır? – VİDEO

23:47 | 12.09.2016
Qurbanlıq qoyunlar neçəyə satılır? – VİDEO

Qurbanlıq qoyunlar neçəyə satılır? – VİDEO

Bu gün Bakıda yarmarkalarla yanaşı, fərdi olaraq bölgələrdən qurbanlıq heyvan gətirib satanlar da az deyildi.

ANN.Az Xəzərxəbər-ə istinadən xəbər verir ki, alıcıların bir qismi günortadan sonra qiymətlərin qalxdığını bildirib.

Qurbanlıq qoyunu alanlar evlərinin yolunu tutub. Qurban həyəcanı heyvan yarmarkaları ilə yanaşı səyyar satış məntəqələrində də gün ərzində davam edib.
Müxtəlif bölgələrdən xırdabuynuzlu heyvanları paytaxta gətirən sahibkarlar yol kənarında müvəqqəti saxlanc yeri düzəldərək müştərilərinin yolunu gözləyirlər.
Səyyar satış obyektlərində qurbanlıq heyvanların qiyməti yarmarkalardakı qiymətlərdən bir qədər bahadır. Buna baxmayaraq satıcılar səhər saatlarından xeyli sayda qurbanlıq satdıqlarını deyirlər.

Ancaq bəzi qurbanlıq heyvan satış məntəqələrində qiymətlər daha baha idi. Alıcıların bir qismi günortadan sonra qiymətlərin bahalaşdığını deyirlər.

Görünən isə odur ki, paytaxtın bəzi yerlərində qurbanlıq heyvanlar kifayət qədər baha qiymətə satılmasına baxmayaraq normal qiymətə də heyvan tapmaq mümkündür.


0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM