Qusar bazarının zəhmətkeşləri - FOTOLAR

09:24 | 23.07.2015
Qusar bazarının zəhmətkeşləri - FOTOLAR

Qusar bazarının zəhmətkeşləri - FOTOLAR

Vaxt tapıb kollektivimizlə Azərbaycanın gözəl guşələrinə istirahət etməyə yollananda, o yerlərin təbiətindən, məişətindən, əhalisinin yaşam tərzindən nələri isə çəkməyə çalışıram. Bu mənə həmişə də maraqlı olub: yeni yerləri görmək, kəşf etmək, insanlarını tanımaq.
 
Bu dəfə yolumuz Qusara düşdü. Gəlmişkən, buranın bazarına da baş çəkdik. Digər bazarlardan fərqli, ayrı heç nə yox idi bu bazarda. Bütün bazarlarda olduğu kimi burada da adi bazar həyatı öz axarında gedirdi.
 
Fərq yalnız buranın nisbətən daha sakit olması, qələbəliyin də azlığında idi. Onu da deyim ki, satıcı kişilər hər dəfə kameranın obyektivinin onlara tuşlanmasından əsəbləşir, mənə sərt-sərt baxırdılarsa, qadınlar bir o qədər mülayimləşir, gülümsəyir, poz verir, anlamadığım dillərində şirin-şirin nə isə başa salmağa çalışırdılar.
 
Fərqanə Novruzova
Fotolar müəllifindir
















































 
 
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb