Qvardiola "Mançester Siti"dən 10 futbolçunu göndərir

20:43 | 28.03.2016
Qvardiola

Qvardiola "Mançester Siti"dən 10 futbolçunu göndərir

Yeni mövsümdən "Mançester Siti"ni çalışdıracaq Pep Qvardiola İngiltərə klubunda "təmizləmə" işləri aparacaq.

Qol.az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, ispaniyalı mütəxəssisin 10 futbolçunu Mançester təmsilçisindən göndərəcəyi iddia olunur.

Transferə çıxarılacağı gözlənilən ilk futbolçu yarımmüdafiəçi Yaya Turedir. Hələ "Barselona"da olarkən Qvardiola ilə problem yaşayan Turenin da komandadan getmək istədiyi bildirilir.

Onunla yanaşı, Vensan Kompani, Aleksandr Kolarov, Vilfrid Boni, Elyakim Manqala və Samir Nəsrinin komandadan göndəriləcəyi gözlənilir. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb