Qvatemalada ölüm hökmü bərpa oluna bilər

09:48 | 16.03.2016
Qvatemalada ölüm hökmü bərpa oluna bilər

Qvatemalada ölüm hökmü bərpa oluna bilər

Qvatemala prezidenti Cimmi Morales çərşənbə axşamı bəyan edib ki, qanun onu parlamentin bu təşəbbüsü təsdiq edəcəyi təqdirdə cinayət əməlinə görə cəza qismində ölüm hökmünün geri qaytarılması ilə razılaşmağa məcbur edir.

"Report" xəbər verir ki, prezidentin bəyanatını "Prensa Libre" portalı sitat gətirib.

"Prezident qanunu, ölüm hökmü haqqında 18-ci maddəni icra edir və əgər respublika Konqresi bu qanunu icra hakimiyyəti başçısına verərsə, prezident bunu icra etməlidir, biz burada qanunun özünü müzakirə etmirik, elə edirik ki, o icra olunsun", — deyə Morales bildirib.

Hazırda Qvatemalada ölüm hökmünə moratorium var. Lakin bir neçə gün əvvəl bir qrup deputat bu cəza tədbirinin tətbiqinin geri qaytarılması təklifini parlamentin gündəliyinə daxil edib.

Bu mövzunun müzakirəsi ölkədə kriminal terrorun güclənməsi fonunda baş verir.
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb