İtirdiklərimiz: Bir daha Rafiq Tağı haqqında - VİDEO

18:33 | 11.02.2015
İtirdiklərimiz: Bir daha Rafiq Tağı haqqında - VİDEO

İtirdiklərimiz: Bir daha Rafiq Tağı haqqında - VİDEO

 
Bu ilin yanvar ayında Avropa Şurasınının Parlament Assambleyasının (AŞPA) qış sessiyasında Avropada söz azadlığı ilə bağlı qətnamə təqdim edilmişdi. Qətnamədə Azərbaycanda öldürülən jurnalistlər Elmar Hüseynov və Rafiq Tağının da adları çəkilib. 

ANN.Az yeni "Gedənlər" rubrikasında Rafiq Tağının həyatı, yaradıcılığı və ölümü ilə bağlı video reportajı təqdim edir. 

Peşəsi terapevt-kardioloq olan məşhur yazıçı, 6 nəsr kitabınım müəllifi olan
Rafiq Tağının əsərləri 1960-cı illərin sonundan etibarən nəşr edilməyə başlanıb. Onun bəzi yazıları böyük rezonansa səbəb olmuşdu, "Avropa və biz" məqaləsinə görə isə 3 il həbs cəzaı almış, ancaq bir neçə aydan sonra prezidentin əfv sərəncamıyla azadlığa buraxılmışdı. "Avropa və biz" məqaləsinin yayımlanmasından sonra İran Ayətullahı Məhəmməd Fazil Lənkərani yazıçı barədə ölüm fətvası çıxarmışdı. 

2011-ci ilin 19 noyabrında Rafiq Tağı silahlı hücuma məruz qalmış, bədəninin müxtəlif nahiyələrinə 7 bıçaq zərbəsi endirilmişdi. 23 noyabrda isə yazıçının halı pisləşmiş və xəstəxanada vəfat etmişdi. Qatilin kimliyi və cinayətin motivləri bugünkü günə qədər müəyyən olunmayıb. 

ANN.Az mərhum yazıçı barədə video sujeti təqdim edir. 

Müəllif: Aynur Məmmədova
Video operator: Rasim Əliyev
Rusif Hüseynov

ANN.Az 
 
 
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb