Ramil Usubov daha bir rəisi işdən çıxartdı

13:54 | 19.01.2015
Ramil Usubov daha bir rəisi işdən çıxartdı

Ramil Usubov daha bir rəisi işdən çıxartdı

Daxili İşlər Nazirliyində yeni kadr təyinatı olub.
 
Axar.az-a daxil olan məlumata görə, Xızı rayon Polis Şöbəsində Cinayət Axtarış şöbəsinin rəisi, polis mayoru Bağırov Aydın Əsədulla oğlu vəzifəsindən çıxarılıb. A.Bağırov Şabranda rayon Polis Şöbəsində Cinayət Axtarış şöbəsinin rəisi vəzifəsinə təyin olunub.
 
Qeyd edək ki, DİN-də kadr təyinatları davam edir. Son iki ayda bir neçə polis rəisi işdən çıxarılıb, bir neçəsinin yeri dəyişdirilib.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür