Ramil Usubov polis rəislərini dəyişdi

10:36 | 14.01.2015
Ramil Usubov polis rəislərini dəyişdi

Ramil Usubov polis rəislərini dəyişdi

Daxili İşlər Nazii Ramil Usubov bir sıra rayonların polis rəislərinin yerini dəyişib.

"Qafqazinfo” xəbər verir ki, nazirin əmri ilə Şəki rayon polis İdarəsinin rəisi Eldar İlyasov Nərimanov RPİ-nə, Nərimanov RPİ-nin rəisi Muradəli Babayev Xətai RPİ-nə, Xətai rayon Pİ-nin rəisi Əkbər İsmayılov Yasamal rayon Pİ-nə, Yasamal RPİ-nin rəisi İsmayıl Əsədov isə Sabunçu RPİ-nə rəis təyin edilib.

Sabunçu rayon polis idarəsinin rəisi Cavanşir Babayev isə bir neçə gün əvvəl R. Usubovun əmri ilə xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM