Ramil Usubovdan yeni təyinat: rəis təqaüdə göndərildi

18:51 | 06.06.2019
Ramil Usubovdan yeni təyinat: rəis təqaüdə göndərildi

Ramil Usubovdan yeni təyinat: rəis təqaüdə göndərildi

Azərbaycanın daxili işlər orqanlarında yeni kadr dəyişikliyi olub. 


Anews.az xəbər verir ki, Daxili İşlər naziri, general-polkovnik Ramil Usubov bununla bağlı müvafiq əmr imzalayıb. 


Əmrə əsasən, Gəncə şəhər Nizami Rayon Polis İdarəsinin Polis Bölməsinin rəisi Tahir Həsənov daxili işlər orqanlarında qulluqda olmanın son yaş həddinə çatması ilə əlaqədar olaraq təqaüdə göndərilib.


Digər əmrlə həmin vəzifəyə Şəmkir Rayon Polis Şöbəsinin Zəyəm Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Üzeyir Atamov təyin edilib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb