• $
  • £

“Rəşada uzun illər ehtiyac olacaq” – Qurban Qurbanov

“Rəşada uzun illər ehtiyac olacaq” – Qurban Qurbanov
29.05.2020 02:21
AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində baş tutan İtaliya - Azərbaycan matçını izləyənlər arasında "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov da var idi. Qarşılaşma başa çatandan sonra təcrübəli çalışdırıcı ilə söhbət etmək imkanımız oldu.

- İlk olaraq qarşılaşma barədə fikirlərinizi bilmək maraqlı olardı...

- Maraqlı oyun oldu. Hər kəsi təbrik etmək istəyirəm. Çox gözəl atmosfer var idi. İlk hissədə tam fərqli futbol nümayiş etdirildi. İlk yarıda demək olar ki, top daha çox bizdə oldu. Rəqibə hücum etməyə imkan verilmədi. Sadəcə, əks hücumlar zamanı qapımızda qol gördük. Bərabərlik qolunu vurduq. Futbolçular çox inamlı idilər. Açığı, İtaliyanın vurduğu qol mənim üçün müəmmalı qaldı. Bəlkə də oyundankənar vəziyyət var idi. Bu qol da komandanı ruhdan saldı. İtaliya komandası həqiqətən də öz oyun üslubuna malikdi. Rəqibə oynamağa imkan vermir. Buna baxmayaraq, futbolçularımızı təbrik edirəm. Belə komandaya qarşı mübarizə aparmaq çətin idi.

- "Qarabağ"ın  futbolçularının çıxışdan necə, razı qaldız?

- İkinci hissədə hamıda çatışmazlıq oldu. Bəzilərindən bir o qədər də razı qalmadım.

- Sizcə, Bədavi Hüseynov qırmızı vərəqə almasına lüzum var idimi?

- Bədavi bir az ağıllı oynadı. Rəqib futbolçunu tutdu, dərhal da buraxdı. Daha çox Sebastyan Covinko qırmızı vərəqəni aldırdı desək, yanılmarıq. Vəziyyətdən yaxşı yararlandı.

- Kapitan Rəşad Sadıqovun millidəki 100-cü oyunu ilə bağlı nə deyə bilərsiz?

- Kapitana öz adımdan təşəkkür etmək istəyirəm. 100-cü oyunu belə yüksək səviyyədə keçirmək hər oyunçuya qismət olmur. Ona bir məşqçi, bir azarkeş kimi "çox sağ ol" demək istəyirəm. Milli komandanın ağır günündə yanında, yığmanın başında olub. Ona hər birimizin böyük hörməti var. Baxmayaraq ki, yaşı ötdükcə futbolçu karyerası sona çatır. Amma, o, hələ bizə, Azərbaycan futboluna lazımdı. Rəşada daha da sağlam və möhkəm olmasını arzu edirəm.

- Sadıqov bildirdi ki, İtaliya ilə oyundan sonra millidən getmək haqda fikirləşirdim. Ancaq yığmamızın çalışdırıcısı Robert Prosineçki kapitana tələsməməyi məsləhət görüb. Siz hansı fikirdəsiz?

- Seçimi futbolçunun özünə buraxmalıyıq. Biz kənardan nə qədər fikir bildirsək də, Sadıqov özünü daha yaxşı tanıyır. Yəqin ki, bu mərhələni başa çatdırmalıdı. Daha sonra da dərindən düşünməlidi. Məncə, özü də belə qərar verəcək.

- Bilirik ki, Rəşad Sadıqovla möhkəm dostluğunuz var. Bəs, futbolçu kimi kapitana hansı müddətə qədər ehtiyacınız var?

- Hazırda ona ehtiyacım var. Düşünürəm ki, Rəşada uzun illər ehtiyac olacaq. Mən onu tanıyıram, gücünü bilirəm. Əsas odur ki, zədədən uzaq olsun.

Mənbə: sport7.az
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
DÇ-2026: Türkiyə millisi Avstraliyaya uduzub
İdman 10:00
DÇ-2026: Türkiyə millisi Avstraliyaya uduzub
Futbol üzrə 2026-cı il dünya çempionatının açılış mərasimi keçirilir
İdman 22:18
Futbol üzrə 2026-cı il dünya çempionatının açılış mərasimi keçirilir
Azərbaycanın 3x3 basketbol yığması Dünya Kubokunun 1/4 finalında
İdman 23:18
Azərbaycanın 3x3 basketbol yığması Dünya Kubokunun 1/4 finalında
Avropa çempionu olan Azərbaycanın minifutbol yığması Vətənə qayıdıb
İdman 19:29
Avropa çempionu olan Azərbaycanın minifutbol yığması Vətənə qayıdıb

Prezident Azərbaycan minifutbol millisi ilə bağlı paylaşım edib
İdman 10:04
Prezident Azərbaycan minifutbol millisi ilə bağlı paylaşım edib
Azərbaycanın minifutbol millisi Avropa çempionu olub
İdman 23:36
Azərbaycanın minifutbol millisi Avropa çempionu olub
Minifutbol üzrə Azərbaycan millisi Avropa çempionatının finalına vəsiqə qazanıb
İdman 00:05
Minifutbol üzrə Azərbaycan millisi Avropa çempionatının finalına vəsiqə qazanıb
İran yığması DÇ-2026 üçün viza alıb
İdman 21:50
İran yığması DÇ-2026 üçün viza alıb
Azərbaycanın U-17 millisi Qazaxıstanla qarşılaşacaq
İdman 17:24
Azərbaycanın U-17 millisi Qazaxıstanla qarşılaşacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol