• $
  • €
  • ₽
  • ₺
  • £

Hind yazıçıları baş nazirin istefasını tələb edirlər

Hind yazıçıları baş nazirin istefasını tələb edirlər
28.05.2020 22:08

Bir neçə gün əvvəl Hindistanda yazıçılar rəsmi ali ədəbi mükafatları geri qaytarmışdı. O gündən başlayan protestlər böyüyərək, yazıçılarla baş nazir arasında açıq qovğaya çevrilib.

Onlarca yazıçı baş nazir Narendra Modinin istefasını tələb edir.

40-dan artıq tanınmış romançı, esseist, dramaturq, şair ölkədəki zorakılıq, intellektuallara qarşı hücumlar qarşılığında sakit qala bilməyəcəklərini deyirlər.

Hindistanın Milli Ədəbiyyat Akademiyası adlanan rəsmi yazıçı təşkilatı sekulyar dəyərləri təbliğ edən yazıçı Malleshappa Kalburgi’nin öldürülməsi üzərindən sükutla keçib. Yazıçıları qəzəbləndirən faktlardan biri budur.

Tanınmış hind yazıçısı Salman Rshdie Hindistandakı həmkarlarına dəstək verib, "hökumətin susqunluğunun yeni zorakılıq dərəcələrinə rəvac verdiyini” deyib.

Hökumətsə yazıçıların protestlərini tənqid edir. Onları siyasətə qarışmaqda ittiham edir.

"Əgər yaza bilmirlərsə, onda yazmasınlar” – Hindistanın mədəniyyət naziri Mahesh Sharma üsyan edən yazıçıların ünvanına deyib. /Azadliq.org

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir

Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol