• $
  • £

DİN əsgərlikdə olmuş gənclərə müraciət etdi

DİN əsgərlikdə olmuş gənclərə müraciət etdi
05.11.2015 17:49
Daxili işlər naziri general-polkovnik Ramil Usubov polis olmaq istəyən şəxslərin işlərinə baxacaq. 

DİN-nin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, dekabr ayının 10-da saat 9.00-da, Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov tərəfindən Bakı şəhər Baş Polis İdarəsinin tabeçiliyində olan orqan və hissələrdə vakant olan sıravi və kiçik rəis heyəti vəzifələrində xidmətə qəbulla bağlı Bakı şəhəri Nobel prospekti 69 ünvanında yerləşən Çevik Polis Alayında sıra baxışı keçiriləcək. 

Məlumtda qeyd olunur ki, sıra baxışında yalnız Bakı şəhərində yaşayış yeri üzrə daimi qeydiyyatda olan, «Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında» Əsasnaməyə uyğun olaraq yaşı 20 ilə 25 arasında, boyu 175 santimetr və daha yüksək, idman cüssəli, həqiqi hərbi xidmət keçmiş, özü və yaxın qohumları məhkum olunmamış,  ali və ya orta-ixtisas, yaxud tam orta təhsilli, Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları iştirak edə bilərlər.

Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

Bildirlir ki, müsabiqəyə Bakı şəhər Baş Polis İdarəsinin tabeçiliyində olan post-patrul xidməti nizami hissələri üzrə 135 vəzifə elan edilir.

Həmin vəzifələrdə əmək funksiyalarının spesifikliyini, yüksək fiziki və psixoloci gərginliklə bağlı olması, eləcə də xidmətin növbəli, bir çox hallarda əsas iş vaxtından əlavə müddətdə aparılacağı baxımından müsabiqə iştirakçılarının sağlamlıq vəziyyəti, biliyi, fiziki hazırlıq səviyyəsi müəyyən olunmuş qaydada yoxlanılacaqdır. Xarici dil bilən və emosional dayanıqlı vətəndaşlara üstünlük veriləcəkdir. 

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakı Şəhər İcra Hakimiyyəti məhkəməyə verildi
11:40
Bakı Şəhər İcra Hakimiyyəti məhkəməyə verildi
Zakir Qaralov yeni prokuror təyin etdi
11:33
Zakir Qaralov yeni prokuror təyin etdi
Universitetin kafedra müdiri vəfat etdi
08:30
Universitetin kafedra müdiri vəfat etdi
Şəki zəlzələsi dövlətə 2 milyon manata başa gəldi
06:58
Şəki zəlzələsi dövlətə 2 milyon manata başa gəldi
Dövlət səhmdar cəmiyyətləri Heydər Əliyev prospektinə köçürüləcək
05:51
Dövlət səhmdar cəmiyyətləri Heydər Əliyev prospektinə köçürüləcək
Azərbaycanda yeni qurum yaradılır
05:42
Azərbaycanda yeni qurum yaradılır
670 bal toplayan abituriyent ali məktəbdən imtina etdi
05:29
670 bal toplayan abituriyent ali məktəbdən imtina etdi
DYP və həkimlərdən sürücülərə xəbərdarlıq
05:11
DYP və həkimlərdən sürücülərə xəbərdarlıq
Eldar Mahmudovun qohumu həbs olundu
04:40
Eldar Mahmudovun qohumu həbs olundu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol