• $
  • £

Azərbaycanda uşaqlara qoyulan yeni populyar adlar - SİYAHI

Azərbaycanda uşaqlara qoyulan yeni populyar adlar - SİYAHI
10.11.2015 10:56
"Son dövrlərdə Azərbaycanda uşaqlara qoyulan adların siyahısına daxil olan adların çoxu türk mənşəlidir". 

Bunu "Report"a açıqlamasında Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini, filologiya elmləri doktoru, professor Sayalı Sadıqova bildirib.

Onun sözlərinə görə, il ərzində siyahıya çoxlu sayda yeni adlar daxil edilib: "Son dövrlərdə valideynlər qız övladlarına yeni adlardan daha çox "Dəniz", "Dərya", "Damla", "Nurgün", "Nuray", oğlanlara "Elnur", "Aydəmir", "Alpər" kimi adlar qoymağa üstünlük verirlər. "Alpər" son dövrdə ən çox qoyulan adlar sırasındadır. Bu ad Göytürk abidələrindən götürülüb".

S.Sadıqova deyib ki, bəzi valideynlər Terminologiya Komissiyasının adlarla bağlı gördüyü işləri düzgün qiymətləndirmirlər: "Bəzi valideynlərdə elə təəssürat yaranır ki, sanki Terminologiya Komissiyası bütün adlara qarşıdır. Amma bizim başlıca məqsədimiz odur ki, balalarımız adları səslənəndə utanmasın, əksinə qürur hissi keçirsinlər. Valideynin övladına "Limonad" adı qoyması hansı məntiqə uyğundur?!".

O qeyd edib ki, gülüş doğuran, anlaşılmaz adlar siyahıya daxil edilmir və körpələrə qoyulmasına da icazə verilmir: "Təklif olunan "Topraq" adının qoyulmasına icazə vermədik, ad siyahıdan çıxarıldı".

Komissiyanın sədr müavini bəzi qədim adların siyahıdan çıxarılmasının mümkün olmadığını deyib: "Azərbaycanda alınma adlar vaxtilə ərəb-fars dilindən keçib, onlar artıq dilimizin daxili qayda-qanunlarına uyğunlaşıb. Bu adları artıq çıxarmaq olmaz". 

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakı Şəhər İcra Hakimiyyəti məhkəməyə verildi
11:40
Bakı Şəhər İcra Hakimiyyəti məhkəməyə verildi
Zakir Qaralov yeni prokuror təyin etdi
11:33
Zakir Qaralov yeni prokuror təyin etdi
Universitetin kafedra müdiri vəfat etdi
08:30
Universitetin kafedra müdiri vəfat etdi
Şəki zəlzələsi dövlətə 2 milyon manata başa gəldi
06:58
Şəki zəlzələsi dövlətə 2 milyon manata başa gəldi
Dövlət səhmdar cəmiyyətləri Heydər Əliyev prospektinə köçürüləcək
05:51
Dövlət səhmdar cəmiyyətləri Heydər Əliyev prospektinə köçürüləcək
Azərbaycanda yeni qurum yaradılır
05:42
Azərbaycanda yeni qurum yaradılır
670 bal toplayan abituriyent ali məktəbdən imtina etdi
05:29
670 bal toplayan abituriyent ali məktəbdən imtina etdi
DYP və həkimlərdən sürücülərə xəbərdarlıq
05:11
DYP və həkimlərdən sürücülərə xəbərdarlıq
Eldar Mahmudovun qohumu həbs olundu
04:40
Eldar Mahmudovun qohumu həbs olundu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol