Prezidentin sərəncamı 105 mindən artıq ailəyə şamil olunacaq
"Azərbaycan prezidenti İlham Əliyevin "Aztəminatlı ailələrə birdəfəlik yardım göstərilməsi haqqında” 30 dekabr 2015-ci il tarixli Sərəncamı aztəminatlı ailələrin sosial müdafiəsinin daim diqqətdə saxlanılmasının növbəti təzahürüdür".
Bunu APA-ya açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev deyib.
Nazirlik rəsmisi bildirib ki, sərəncamda 2015-ci il 30 dekabr tarixinə ünvanlı dövlət sosial yardımı alan ailələrin hər birinə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramları münasibətilə 50 manat məbləğində birdəfəlik yardım ödənilməsi nəzərdə tutulub. Birdəfəlik yardımın maliyyələşdirilməsi üçün Azərbaycan prezidentinin ehtiyat fondundan nazirliyə 5,3 milyon manat ayrılıb.
"Sərəncam ünvanlı dövlət sosial yardımı alan 105 120 ailəyə şamil olunacaq. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həmin ailələrin hər birinin hesabına 50 manat məbləğində vəsaitin köçürülməsi təmin ediləcək", - deyə E. Babayev bildirib.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Siyasət
21:25
ABŞ Konqresinin saytında 907-ci düzəlişin ləğvi barədə qanun layihəsinin mətni yerləşdirilib
Siyasət
17:12
Rusiyanın bu günlərdə AZAL-la bağlı təqdim etdiyi məktub ciddi təəccüb doğurdu - Nazir
Son xəbərlər
Daha çox