Azərbaycan prezidenti İlham Əliyev Ərdoğana başsağlığı verdi
Azərbaycan prezidenti İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana İstanbulda törədilmiş partlayış nəticəsində insanların həlak olması ilə əlaqədar başsağlığı verib.
APA-nın məlumatına görə, dövlət başçısının məktubunda deyilir:
"Hörmətli cənab prezident, əziz qardaşım, İstanbulun Sultanəhməd meydanında törədilmiş partlayış nəticəsində insanların həlak olması və yaralanması xəbərindən olduqca sarsıldıq. Biz bu amansız terror aktından son dərəcə hiddətlənir, terrorizmin bütün təzahürlərinə qarşı ən kəskin şəkildə və hamılıqla mübarizə aparılmasını zəruri hesab edirik.
Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm. Allah rəhmət eləsin!”.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Siyasət
21:25
ABŞ Konqresinin saytında 907-ci düzəlişin ləğvi barədə qanun layihəsinin mətni yerləşdirilib
Siyasət
17:12
Rusiyanın bu günlərdə AZAL-la bağlı təqdim etdiyi məktub ciddi təəccüb doğurdu - Nazir
Son xəbərlər
Daha çox