• $
  • €
  • ₽
  • ₺
  • £

“Azərbaycanda uşaq futbolunun vəziyyəti Afrikadakı kimidir”

“Azərbaycanda uşaq futbolunun vəziyyəti Afrikadakı kimidir”
29.05.2020 04:21
Yaşar Seyidov: "Heç kim "Bakı”nın batmağını görmür”

Artıq bu mövsüm FİFA tərəfindən "Bakı”nın üçüncü dəfə xalı silindi. Bu dəfə Marius Penaya görə paytaxt təmsilçisi 6 xaldan məhrum olub. Bununla bağlı AFFA-nın rəsmi saytı bu gün xəbər yayıb.

Üst-üstə 15 xaldan silinən I divizion təmsilçisi 8 xalla turnir cədvəlinin son pilləsinə yuvarlanıb. Klubun vitse-prezidenti Yaşar Seyidovun Qol.az-ın müxbiri ilə söhbətində bəzi məqamlara aydınlıq gətirib.

- Vaxtı ilə futbolçularla həmin müqavilələri bağlayan, bu işlərlə məşğul olan insanlar bu vəziyyətdə klubun yanında olmalıdır. Onların bu problemlərin həll olunması üçün kömək etməlidirlər.

- Konkret olaraq kimləri nəzərdə tutursunuz?

- Ad çəkmək etik cəhətdən düzgün olmaz. Siz yazanda özləri biləcək. Bu müqavilələri bağlayan insanların futbol anlayışı olmayıb. Bir futbol adamı kimi xəcalət çəkirəm ki, bu məsələlər mənim işlədiyim klubda baş verir. Akademiyamızın uşaqlarına heyfim gəlir. Onlar zülmlə xallar qazanıblar. Futboldan anlayışı olmayan adamlara futbolu tapşıranda nəticə belə də olmalı idi.

- Bundan sonra necə olacaq?

- Komanda hələ ki, çıxışlarını davam etdirəcək. Bu məsələlərlə bağlı klub prezidenti Hafiz Məmmədovla danışacam. Bir qərar qəbul olunmalıdır. Həm klub, həm də AFFA rəhbərliyi bir araya gəlib, vəziyyətdən çıxış yolu tapmalıdır. Klubun gələcək taleyi ilə bağlı məsələlər həll olunmalıdır. Belə olmaz. Bu gün Azərbaycanda futbolu yaşamaq uğrunda mübarizə aparır. Bizim futbol akademiyamızda 300-ə qədər uşaq var. Milli komandalara 45 futbolçu vermişik. Ancaq bu klub heç kimi maraqlandırmır. Müraciət etmədiyim qurum qalmayıb. Milli Məclisə, depütatlara, AFFA prezidentinə, Gənclər və İdman Nazirliyinə və digər qurumlara müraciət etsəm də, bir faydası olmayıb. Artıq qərara gəlmişəm ki, beynəlxalq qurumlara müraciət edim. Bütün sənədləri hazırlamışam. Yaxın günlərdə bununla bağlı mətbuat konfransı keçirəcəm. Başqa yolumuz yoxdur. Söhbət 300 uşağın taleyindən gedir. Akademiya bağlansa, həmin 300 uşaq idmanı atacaq və pis vərdişlərə yiyələnəcək. UEFA və FİFA-ya da müraciət edəcəm. Bildirəcəm ki, milli komandalara 45 futbolçu verən bir kluba heç bir dəstək yoxdur.

- Sizcə, həmin qurumlar "Bakı”nın taleyi ilə maraqlanacaq?

- Bəlkə də onlar uşaq futboluna qayğı göstərərlər. Azərbaycanda uşaq futbolu heç kimi maraqlandırmır. Düşünürəm ki, bəlkə, bizdə olmayan humanistlik başqa ölkələrdə var? Bəlkə, onlar 300 uşqağın taleyinə bizdən fərqli olaraq vicdanla yanaşacaqlar? Əgər onlar da bir reaksiya verməsə, artıq akademiyamızın bağlanması ilə barışmalı olacağıq. Bu, tək Yaşar Seyidovun problemi deyil ki. Axı "Bakı”nın akademiyası Azərbaycana bu qədər futbolçu bəxş edir. Ötən il üç yaş qrupu üzrə komandamız ölkə çempionu olub. Sanki bu boyda klubun batmağını heç kim görmür. Mənim başqa çıxış yolum olmadığından beynəlxalq təşkilatlara müraciət etmək qərarına gəlmişəm.

 - "Bakı” növbəti sanksiya ilə üzləşə bilər? Yəni klubun borclu qaldığı futbolçular yenə var?

- Hələ bəzi problemli məsələlər var.

- Klubun akademiyasında vəziyyət çox acınacaqlıdır?

- Bəli. Mənim həyəcanım milli komandalarda çıxış edən futbolçularla bağlıdır. Hamı uşaq futbolundan ı danışır, toplantılar keçirirlər, ancaq bu gün Azərbaycanda bu sahədə vəziyyət Afrikadakı kimidir. Əgər gənclər millimizin oyunçusu bu gün məşq etməyə top tapmırsa, Afrika ilə bizim nə fərqimiz var? //qol.az


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
“Sabah”ın oyunu ilə əlaqədar 18 avtobus marşrutunun hərəkət sxemi dəyişdiriləcək
İdman 18:47
“Sabah”ın oyunu ilə əlaqədar 18 avtobus marşrutunun hərəkət sxemi dəyişdiriləcək
"Sabah" – "Slaviya" oyununu avstriyalı hakim idarə edəcək
İdman 13:01
"Sabah" – "Slaviya" oyununu avstriyalı hakim idarə edəcək
Bakıda cüdo üzrə dünya çempionatında Azərbaycan millisi Avstriyaya qalib gəlib
İdman 10:09
Bakıda cüdo üzrə dünya çempionatında Azərbaycan millisi Avstriyaya qalib gəlib
Cüdo üzrə dünya çempionatının bayrağı Qazaxıstana təhvil verilib
İdman 21:55
Cüdo üzrə dünya çempionatının bayrağı Qazaxıstana təhvil verilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol