• $
  • £

Musiqili Teatrda may ayında maraqlı tamaşalar olacaq

Musiqili Teatrda may ayında maraqlı tamaşalar olacaq
29.05.2020 09:07
Azərbaycan Dövlət Musiqili Teatrı may ayı üçün repertuar planını açıqlayıb. 
 
Qurumun Mətbuat katibi Samir Sədaqətoğlu bildirib ki, Dövlət Musiqili Teatrı bu ay da zəngin və maraqlı repertuarla çıxış edəcək. Ay ərzində tamaşaçıların böyük maraq və sevə-sevə izlədiyi tamaşalar - "O olmasın, bu olsun” (Ü. Hacıbəyli), "Ər və arvad” (Ü. Hacıbəyli), "Baladadaşın toy hamamı” (Elçin), "Qızıl toy” (O. Kazimi, R. Heydər), "Mən dəyərəm min cavana” (F. Sücəddinov, T. Vəliyeva), "Amerikalı kürəkən” (R. Mirişli, M. Haqverdiyev), "Qısqanc ürəklər” (R. Mirişli, M. Haqverdiyev), "Talelər qovuşanda” (R. Hacıyev, E. Ocaqov, F. Zöhrabov) və başqa səhnə əsərləri təqdim ediləcək. Habelə rusdilli və balaca tamaşaçılar "Düyməcik” (H.K. Anderson), "Qızıl cücə” (V. Ulanovski, V. Orlov), "Yağış göbələyinin macərası” (R. Şəfəq, V. Zimin), "Qırmızıpapaq” (E. Sabitoğlu, Y. Şvarts), "Dəcəl çəpişlər” (O. Zülfüqarov, R. Heydər) və başqa tamaşaları izləyə biləcəklər.
 
Tamaşaçılar nümayiş olunacaq səhnə əsərlərində sevimli aktyorları - Xalq artistləri İlham Namiq Kamal, Fatma Mahmudova, Ramiz Məmmədov, Əməkdar artistlər Səmayə Musayeva, Novruz Qartal, Nahidə Orucova, Ələkbər Əliyev, Almaz Ələsgərli, Boris Qrafkin, Emma Məlikova, Əzizağa Əzizov, Svetlana Bulax, Şövqi Hüseynov, Nərgiz Kərimova, Çingiz Əhmədov, Səidə Şərifəliyeva, Əkbər Əlizadə, aktyorlar Məhərrəm Qurbanov, Rəsmiyyə Nurməmmədova, Nadir Xasıyev, Möylə Mirzəliyev, Ağaxan Şərifov, Gülcahan Salamova, Gülnarə Abdullayeva, Emil Heydərov, Ülviyyə Əliyeva, Elçin İmanov, Yuliya Heydərova, Əliməmməd Novruzov, Gültac Əlili, Elxan İsmayılov, Gülçöhrə Abdullayeva, Səməd Xasıyev, Hüseyn Əlili, Mehriban Zalıyeva, Ruslan Mürsəlov, Şaban Cəfərov, Gülnarə Əzimova, Nicat Həbibov, Əmrah Dadaşov, Elnarə Nağdəliyeva, Zarina Qurbanova, Fərid Rzayev, Rauf Babayev, Gülnarə Əzizova, Nigar Qarayeva, Firuz Məmmədov, Gülnarə Kərimbəyova, Elməddin Dadaşov, Aydan Həsənova və başqalarının ifalarını izləyə biləcəklər.
 
14-15 may tarixlərində Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinin təşkilati dəstəyi ilə Azərbaycan Dövlət Musiqili Teatrı və ABŞ-da fəaliyyət göstərən "Company-E” şirkətinin ortaq musiqi layihəsi kimi "Brodvey ” konsert-proqramı təqdim olunacaq.
 
Azərbaycan Dövlət Musiqili Teatrı vaxtını səmərəli və xoş keçirmək istəyən hər kəsi təqdim etdiyi maraqlı səhnə əsərlərini izləməyə dəvət edir. Qeyd edək ki, qiyməti 6 manatdan başlanan biletləri şəhərin bütün teatr-konsert kassalarından və "ASAN Xidmət” mərkəzlərindən əldə etmək olar.
Premyeralar haqqında əlavə məlumat veriləcək.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mədəniyyət Nazirliyinin Aparatına yeni rəhbər təyin edilib
Mədəniyyət 14:19
Mədəniyyət Nazirliyinin Aparatına yeni rəhbər təyin edilib
SAYBU karyerasının 10-cu ilində ilk albomunu təqdim edib — “Məcnun”
Mədəniyyət 17:12
SAYBU karyerasının 10-cu ilində ilk albomunu təqdim edib — “Məcnun”
Azərbaycan idmançıları iyulda beynəlxalq yarışlarda 206 medal qazanıblar
Mədəniyyət 13:07
Azərbaycan idmançıları iyulda beynəlxalq yarışlarda 206 medal qazanıblar
Milli Kitabxanada Azərbaycan Kinosu Günü ilə bağlı virtual kitab sərgisi təqdim olunub
Mədəniyyət 20:00
Milli Kitabxanada Azərbaycan Kinosu Günü ilə bağlı virtual kitab sərgisi təqdim olunub
Nəriman Həsənzadə dəfn edilib - Yenilənib
Mədəniyyət 12:26
Nəriman Həsənzadə dəfn edilib - Yenilənib
Qərbi Azərbaycan Televiziyasının fəaliyyətə başlamasından üç il ötür
Mədəniyyət 16:23
Qərbi Azərbaycan Televiziyasının fəaliyyətə başlamasından üç il ötür
Prezidentdən Nəriman Həsənzadənin vəfatı ilə bağlı - Nekroloq
Cəmiyyət 15:10
Prezidentdən Nəriman Həsənzadənin vəfatı ilə bağlı - Nekroloq
Nəriman Həsənzadə ilə vida mərasiminin yeri və vaxtı açıqlanıb
Cəmiyyət 11:22
Nəriman Həsənzadə ilə vida mərasiminin yeri və vaxtı açıqlanıb
Nəriman Həsənzadə vəfat edib
Mədəniyyət 08:50
Nəriman Həsənzadə vəfat edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol