• $
  • €
  • ₽
  • ₺
  • £

Yeni vəzifəyə təyin edilən Nailə Rüstəmzadə kimdir?

Yeni vəzifəyə təyin edilən Nailə Rüstəmzadə kimdir?
28.05.2020 23:06
bu gün AFFA İcraiyyə Komitəsinin iclası keçirilib. Qaynarinfo prosport.az-a istinadən xəbər verir ki, iclasda cəmi 3 qərar qəbul edilib.


Bu qərarlardan biri onsuz da bəlli idi. Söhbət aşağı yaş qrupları üzrə 5 milliyə baş məşqçi təyinatlarının təsdiqlənməsindən gedir. Digər qərar Mehdi Hüseynzadə adına Sumqayıt Şəhər Stadionunun ərazisində 2, Bakı Olimpiya Stadionunun daxilində isə 1 təbii örtüklü meydançanın salınması ilə bağlı idi.


3-cü qərar isə həm gözlənilən, həm də bir o qədər də gözlənilməz oldu. "Keşlə"nin icraçı direktoru Rəmiş MalıyevinOyunçuların Statusu və Transferi Komitəsinin sədrliyindən uzaqlaşdırılması onun AFFA-da dayaqlarını itirməsindən xəbər verir. AFFA İcraiyyə Komitəsinin üzvü Zaur Axundovun"Keşlə"nin Müşahidə Şurasının sədri olduğu və Rəmiş Malıyevdən o qədər də xoşu gəlmədiyi çoxlarına bəllidir. Böyük ehtimalla, Malıyevin bu postdan uzaqlaşdırılması və ancaq klubda işinə adaptasiya olunmasını istəmək təşəbbüsü də elə Axundovdan gəlib.


Beləliklə, AFFA-nın sabiq baş hüquqşünasının artıq bu qurumla olan-qalan əlaqələri də kəsilmiş oldu. Onun yerinə isə bu komitənin üzvü Nailə Rüstəmzadə gətirildi. Bəs Nailə Rüstəmzadə kimdir?

Nailə Rüstəmzadənin adı ilk dəfə futbolda ötən il çəkilib. Belə ki, bu xanım 2016-cı ilin martın 11-də "Bulvar" otelində keçirilən AFFA İcraiyyə Komitəsinin qərarına əsasən Oyunçuların Statusu və Transferi Komitəsinin heyətində yer alıb. Ümumiyyətlə, həmin komitənin üzvləri arasında yeganə futbola naməlum şəxs Nailə Rüstəmzadə olub. Sədr Rəmiş Malıyev ("Keşlə"nin icraçı direktoru), Musa Qurbanov("Zaqatala" klubunun Müşahidə Şurasının sədri), Zamiq Hüseynov (PFL-in Texniki İdman Şöbəsinin rəisi) və Orxan Hüseynzadə ("Neftçi" PFK-nın prezidenti) futbol ictimaiyyətinə tanış simalardır. Ancaq Nailə Rüstəmzadə yox.

Nailə xanım Qərb Universitetinin məzunudur, hüquqşünasdır. Onun 2006-cı ilə "Beynəlxalq Hüquq" adlı kitabı işıq üzü görüb. İspan dilini bilir. Təsadüfi deyil ki, o, 2008-ci ilin martında Meksika xarici işlər nazirinin müavini Mariya De Luardes Aranda Beasurinin Bakıya səfəri zamanı 2 ölkənin müvafiq nazirlikləri arasında əməkdaşlıq haqqında razılaşmaya əsasən Azərbaycan Diplomatik Akademiyasının nümayəndəsi kimi Meksika Diplomatik Akademiyasında "Meksika və Latın Amerikası dövlətlərinin xarici siyasəti” mövzusunda 1 aylıq təlim kurslarına dəvət olunub. Həmçinin Rüstəmzadə vaxtı ilə İspaniya Krallığındakı səfirliyimizdə 3-cü katib vəzifəsində də çalışıb.

Yeri gəlmişkən, Nailə Rüstəmzadənin İspaniyada Hüquq-Biznes Məktəbində "Beynəlxalq İdman Hüququ" fakültəsinin məzunu olub. Həmçinin onun İspaniyada "Diplomatiya və Beynəlxalq Münasibətlər" ixtisası üzrə magistr dərəcəsi də var.

Doğum tarixi bizə bəlli olmasa da, gənc kadr olduğunu deyə bilərik. Hələlik, Nailə Rüstəmzadə haqqında əldə etdiklərimiz bunlardır. Onu da qeyd edək ki, bu adam belə sürətli irəliləyişlə yaxın zamanda AFFA-nın Hüquq Şöbəsində sədr olsa, təəccüblənmərik. Əslində savadlıdırsa və işini Rəmiş Malıyevdən daha keyfiyyətli görürsə, niyə də olmasın? Savadlı kadra hər yerdə ehtiyac var.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
“Sabah”ın oyunu ilə əlaqədar 18 avtobus marşrutunun hərəkət sxemi dəyişdiriləcək
İdman 18:47
“Sabah”ın oyunu ilə əlaqədar 18 avtobus marşrutunun hərəkət sxemi dəyişdiriləcək
"Sabah" – "Slaviya" oyununu avstriyalı hakim idarə edəcək
İdman 13:01
"Sabah" – "Slaviya" oyununu avstriyalı hakim idarə edəcək
Bakıda cüdo üzrə dünya çempionatında Azərbaycan millisi Avstriyaya qalib gəlib
İdman 10:09
Bakıda cüdo üzrə dünya çempionatında Azərbaycan millisi Avstriyaya qalib gəlib
Cüdo üzrə dünya çempionatının bayrağı Qazaxıstana təhvil verilib
İdman 21:55
Cüdo üzrə dünya çempionatının bayrağı Qazaxıstana təhvil verilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol