• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan akkumulyator istehsal edəcək

Azərbaycan akkumulyator istehsal edəcək
04.01.2018 21:46
Azərbaycanda avtomobil akkumulyatorlarının istehsalı təşkil olunacaq.

Anews.az xəbər verir ki, bu barədə Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) "Yüksək Texnologiyalar Parkı”ndan bildiriblər.

Yaxın zamanlarda Əhmədli qəsəbəsində yerləşən AMEA Təcrübə-Sənaye Zavodunda istehsalat qurğularının tikintisi üzrə işlər başlayacaq.

2018-ci il yanvarın ilk ongünlüyündə akkumulyator istehsalı ilə məşğul olan xarici şirkətlərdən birinin rəhbəri Bakıya səfər edəcək. Səfərin məqsədi birgə istehsalın təşkil olunması ilə bağlı danışıqların keçirilməsidir.

Hazırda akkumulyatorların və litium-ion batareyalarının birgə istehsalının təşkili məqsədilə AMEA Texnoparkı Bolqarıstan, Çin və Türkiyə şirkətləri ilə əməkdaşlıq imkanlarını nəzərdən keçirir:

"Hazır məhsul təkcə daxili bazar üçün nəzərdə tutulmayacaq, həm də ixrac ediləcək. Texnoparkın rezidentlərinin gömrük rüsumlarından azad edildiyini və digər amilləri nəzərə alsaq, "Yüksək texnologiyalar parkı”nda istehsal olunan məhsulun dəyərinin kifayət qədər rəqabətqabiliyyətli olacağını hesab etmək olar”.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:34
Azərbaycan nefti ucuzlaşıb
Ünvanlı sosial yardımın adambaşına düşən məbləği 11% azalıb - rəsmi
İqtisadiyyat 15:40
Ünvanlı sosial yardımın adambaşına düşən məbləği 11% azalıb - rəsmi
Доходы сводного бюджета достигли 36,7 млрд
İqtisadiyyat 12:45
Доходы сводного бюджета достигли 36,7 млрд

Azərbaycanın xarici dövlət borcu azalıb
İqtisadiyyat 11:25
Azərbaycanın xarici dövlət borcu azalıb
Əhalinin nominal gəlirləri 72,7 milyard manata çatıb
İqtisadiyyat 11:19
Əhalinin nominal gəlirləri 72,7 milyard manata çatıb
Azərbaycan iqtisadiyyatı 1,5 % böyüyüb
İqtisadiyyat 11:05
Azərbaycan iqtisadiyyatı 1,5 % böyüyüb
Avro və rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:25
Avro və rubl bahalaşıb - məzənnə
AYB üzvlük haqqını ödəməyənlərlə bağlı xəbərdarlıq edib
İqtisadiyyat 15:55
AYB üzvlük haqqını ödəməyənlərlə bağlı xəbərdarlıq edib
ABB 12 ay faizsiz ödəniş imkanı yaradan “TamKart Max” kredit kartını təqdim etdi!
İqtisadiyyat 12:47
ABB 12 ay faizsiz ödəniş imkanı yaradan “TamKart Max” kredit kartını təqdim etdi!
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol