• $
  • £

“Neftçi” rüsvayçı məğlubiyyətə görə üzr istədi

“Neftçi” rüsvayçı məğlubiyyətə görə üzr istədi
23.01.2018 16:32
"Neftçi” PFK-nun baş məşqçisi Tərlan Əhmədov Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində dünən keçirdiyi ilk yoxlama oyununda Rusiyanın "SKA-Xabarovsk” klubuna 1:8 hesabı ilə məğlub olmasına görə azarkeşlərdən üzr istəyib.

Axar.az xəbər verir ki, bu barədə klubun rəsmi saytına danışan baş məşqçi məğlubiyyətin bir sıra səbəblərdən qaynaqlandığını bildirib:

"Komandamız "SKA Xabarovsk” qarşısına yorğunluq fonunda çıxmışdı. Hava şəraiti çox ağır idi. Heyətlə bağlı ciddi çatışmazlıq vardı - 21 yaşadək futbolçulardan ibarət milli komandamızda olan, eyni zamanda müəyyən səbəblərdən bu oyunda iştirak edə bilməyən digər əsas heyət üzvlərimizin yeri görünürdü. Rəqib artıq Antalyadakı təlim-məşq toplanışını bitirir, bizim isə ilk oyun idi. Yeni transferlərimiz tədricən komandaya uyğunlaşır. "Qato" həm bizdə, həm də ümumiyyətlə, uzun müddətdən sonra ilk oyununa çıxmışdı. Fiziki yükləmələr fonunda keçirdiyimiz qarşılaşmada qapımıza gələn demək olar ki, hər zərbə qolla nəticələnirdi. Bəxtsizlik faktoru da yüksək idi. Rəqibin uzaq məsəfadən az qala bütün zərbələri "doqquzluğ"a gedirdi. Və bu qollarda qapıçımızı da çox qınaya bilmirəm. Belə şey bəlkə də yüz ildə bir dəfə olur. Yoldaşlıq görüşlərinin əsas məqsədi başqadır. Razıyam ki, qarşıdakı yoxlama oyunlarının hamısını uduzaq, amma bütün səhvlərimizi görək və bu səhvlərdən nəticə çıxarıb rəsmi matçlarda qələbələri sıralayaq. Mövsümün ikinci hissəsinə hazırlığımız çətin hava şəraitinə baxmayaraq, davam edir. İndi məşqlər nə qədər ağır olsa, rəsmi oyunlarda o qədər rahat çıxış edəcəyik. Hər şey nəzərdə tutduğumuz qaydada getsə, mövsümün həlledici mərhələsində formamızın pik nöqtəsinə yüksəlib, qarşıya qoyulan məqsədlərə çatacağıq. Yoxlama oyunu olsa da, bu məğlubiyyət mənim üçün çox ağırdır. İstənilən halda bu cür məğlubiyyətə bəraət qazandırmaq olmaz. Buna görə, ilk növbədə, bütün komanda adından ən çətin günlərdə yanımızda olan sadiq azarkeşlərimizdən üzr istəyirəm. Onları yaxşı başa düşürəm. Bu oyun bizim üçün bir həyəcan təbili idi. Səhvlərimizi gördük və bunun üzərində işləyib çempionat və kubok matçlarında həmin səhvləri təkrarlamamaq, daha mükəmməl oyun qurmaq üçün çalışacağıq”.

Qeyd edək ki, "Neftçi” PFK Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində dünən keçirdiyi ilk yoxlama oyununda Rusiyanın "SKA-Xabarovsk” klubuna 1:8 hesabı ilə məğlub olub. Yerli komandanın yeganə qolunu meydana ikinci hissədə daxil olan İqnasio Errera vurub.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
UFC döyüşçüsü Rafael Fiziyev Bakıya gəlib
İdman 14:26
UFC döyüşçüsü Rafael Fiziyev Bakıya gəlib
"Qarabağ"dan daha bir transfer
İdman 22:14
"Qarabağ"dan daha bir transfer
“Qarabağ”ın ilk rəqibi müəyyənləşib
İdman 19:25
“Qarabağ”ın ilk rəqibi müəyyənləşib
“Sabah”ın ÇL-dəki rəqibi müəyyənləşib
İdman 18:30
“Sabah”ın ÇL-dəki rəqibi müəyyənləşib
DÇ-2026: Türkiyə millisi Avstraliyaya uduzub
İdman 10:00
DÇ-2026: Türkiyə millisi Avstraliyaya uduzub
Futbol üzrə 2026-cı il dünya çempionatının açılış mərasimi keçirilir
İdman 22:18
Futbol üzrə 2026-cı il dünya çempionatının açılış mərasimi keçirilir
Azərbaycanın 3x3 basketbol yığması Dünya Kubokunun 1/4 finalında
İdman 23:18
Azərbaycanın 3x3 basketbol yığması Dünya Kubokunun 1/4 finalında
Avropa çempionu olan Azərbaycanın minifutbol yığması Vətənə qayıdıb
İdman 19:29
Avropa çempionu olan Azərbaycanın minifutbol yığması Vətənə qayıdıb

Prezident Azərbaycan minifutbol millisi ilə bağlı paylaşım edib
İdman 10:04
Prezident Azərbaycan minifutbol millisi ilə bağlı paylaşım edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol