• $
  • £

Boks Olimpiada proqramından çıxarıla bilər

Boks Olimpiada proqramından çıxarıla bilər
05.02.2018 12:45
Beynəlxalq Olimpiya Komitəsi (İOC) Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AİBA) maliyyələşdirilməsini dayandırıb.

Anews.az xəbər verir ki, bu barədə İOC prezidenti Tomas Bax qurumun İcraiyyə Komitəsinin iclasından sonra keçirdiyi mətbuat konfransında açıqlama verib.

Almaniyalı funksioner bildirib ki, İOC boksun bu il Argentinada keçiriləcək Yeniyetmələrin III Yay Olimpiya Oyunları və 2020-ci il Tokio Yay Olimpiya Oyunlarının proqramına salınma məsələsinə yenidən baxa bilər.

Bax AİBA-nın idarəetmə sisteminin araşdırılmasına başlanıldığını və ali boks təşkilatı ilə bütün təmasların dondurulduğunu vurğulayıb. İOC İcraiyyə Komitəsi AİBA-dan aprelin 30-dək yeni hesabat gözlədiyini də bəyan edib.

Məsələ ilə bağlı Oxu.Az Azərbaycan Boks Federasiyasının vitse-prezidenti Ağacan Abıyevin münasibətini öyrənib.

Abıyev olanlarda Tomas Baxı günahkar sayır:

"Bu xəbəri ilk dəfə sizdən eşidirəm. Necə yəni boks Olimpiadadan kənarda qala bilər?! Bax özü qılıncoynadan olub. Xəbəri yoxdur ki, atletika və güləşlə birgə boks Olimpiadanın əsas üç idman növündən biridir. Bu üç idman növü ilk vaxtlardan Olimpiadada olub.

Bilirsiniz, mən bütün günahı elə Baxın özündə görürəm. Çinq-Kuo Vunu AİBA-nın prezidenti kimi təsdiqləyəndə hara baxırdı? Vu idmanla məşğul olmayıb, pulu düşünən insan olub. Onun yerinə qoyulmuş Franko Falçinelli ondan da betər idi. Elə Vunu AİBA-ya o cəlb etmişdi.

Ümumyyətlə, İOC-da axmaqlar yığışıb, pulgirlər toplaşıb. İdmandan kənar insanları yığıblar oraya. Yenə Özbəkistan Boks Federasiyasının prezidenti Qafur Rəhimov idman adamıdır, keçmiş boksçu olub. Ancaq AİBA-nın borclarını ödəməyə onun da gücü çatmaz”. 

Xatırladaq ki, ötən ilin noyabrında AİBA İcraiyyə Komitəsi Çinq-Kuo Vunun qurumun prezidenti vəzifəsindən müvəqqəti kənarlaşdırılmasına dair qərar qəbul edib. Səbəb kimi maliyyə sərfiyyatı da daxil olmaqla, bir sıra nizam-intizam ittihamları göstərilib.

Həmin ayın sonlarında tayvanlı Vu 11 ilədək rəhbərlik etdiyi təşkilatdan istefa verib. Onun səlahiyyətlərini AİBA-nın vitse-prezidenti, italiyalı Franko Falçinelli yerinə yetirib. Yanvarın sonlarında isə bu vəzifə müvəqqəti olaraq, özbək Qafur Rəhimova həvalə olunub.

Qeyd edək ki, AİBA 2011-ci ildə Azərbaycanın "Gilan Holdinq” şirkətinə məxsus olan Benkons MMC-dən 10 milyon dollar kredit alsa da, hələ qaytarmayıb. Bugünlərdə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilmiş Növbədənkənar Konqresdə həmin vəsaitin ödənişinə 2021-ci ildən başlanılmasına dair qərar qəbul olunub.

AİBA Honq Konqun FCIT şirkətindən 19 milyon İsveçrə frankı borc götürsə də, qatarmayıb. AİBA-nın öz işçilərinə 1 milyon dollar borcu yığılıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
"Qarabağ" Martin Zlomisliçi transfer edib
İdman 20:56
"Qarabağ" Martin Zlomisliçi transfer edib
UFC döyüşçüsü Rafael Fiziyev Bakıya gəlib
İdman 14:26
UFC döyüşçüsü Rafael Fiziyev Bakıya gəlib
"Qarabağ"dan daha bir transfer
İdman 22:14
"Qarabağ"dan daha bir transfer
“Qarabağ”ın ilk rəqibi müəyyənləşib
İdman 19:25
“Qarabağ”ın ilk rəqibi müəyyənləşib
“Sabah”ın ÇL-dəki rəqibi müəyyənləşib
İdman 18:30
“Sabah”ın ÇL-dəki rəqibi müəyyənləşib
DÇ-2026: Türkiyə millisi Avstraliyaya uduzub
İdman 10:00
DÇ-2026: Türkiyə millisi Avstraliyaya uduzub
Futbol üzrə 2026-cı il dünya çempionatının açılış mərasimi keçirilir
İdman 22:18
Futbol üzrə 2026-cı il dünya çempionatının açılış mərasimi keçirilir
Azərbaycanın 3x3 basketbol yığması Dünya Kubokunun 1/4 finalında
İdman 23:18
Azərbaycanın 3x3 basketbol yığması Dünya Kubokunun 1/4 finalında
Avropa çempionu olan Azərbaycanın minifutbol yığması Vətənə qayıdıb
İdman 19:29
Avropa çempionu olan Azərbaycanın minifutbol yığması Vətənə qayıdıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol