• $
  • €
  • ₽
  • ₺
  • £

"Qarabağ"a gəlmək mənim üçün sürpriz oldu - Enrike

26.02.2018 21:57
Azərbaycanda oynamaq mənim üçün yaxşı təcrübə oldu. Bu ölkənin Çempionlar Liqasının qrup mərhələsində ilk təmsilçisinin heyətində ilk qolu vurdum.
Qol.az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın yarımmüdafiəçisi Pedro Enrike deyib. Braziliyalı futbolçu ölkəsinin mətbuatına açıqlamasında Ağdam klubuna keçidindən danışıb:

"Qarabağ"a gəlmək mənim üçün sürpriz oldu. Çünki keçidim transfer pəncərəsinin son günlərində baş tutdu. Mövsümün ilk hissəsində Çempionlar Liqasında oynaya bildim. Hazırda əsas hədəfimiz "Qarabağ"ın son illər ardıcıl çempion olduğu Premyer Liqada növbəti dəfə qalib olmaqdır".

27 yaşlı yarımmüdafiəçi Bakıdakı yaşayış tərzindən də söz açıb: "Ölkənin ən böyük şəhərində yaşayırıq. Bakı çox müasirləşib. Yeni hündürmərtəbəli binaları ilə Dubayı xatırladır. Hazırda da şəhərdə geniş tikinti işləri gedir. Riçard mənə deyib ki, Bakı qısa müddətdə bu qədər müasirləşib. Şəhərdə böyük tıxaclar olur. Mən burada maşın sürmürəm. Çünki "Qarabağ"da klubun öz sürücüsü var".

Karyerası ilə bağlı da danışan Enrike Yunanıstanın PAOK klubundakı çıxışını unuda bilmir: "Avropada ilk uğurum İsveçrədə olub. "Sürix"lə ölkə kubokunu qazanmışam. Fransanın "Renn" klubundakı karyeram isə Avropanın ən yaxşı çempionatlarından birindəki ilk təcrübəm kimi yadda qalıb. Amma heç şübhəsiz, Yunanıstan mənim üçün tamam fərqli idi. PAOK-la bu komandanın uzun müddət həsrətində olduğu çempionluğu qazanmışam. Orda çoxlu qol vurmuşam və azarkeşlərlə bağlı xeyli şey öyrənmişəm".

Qeyd edək ki, Enrike mövsümün əvvəlində PAOK-dan icarə əsasında "Qarabağ"a keçib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
“Sabah”ın oyunu ilə əlaqədar 18 avtobus marşrutunun hərəkət sxemi dəyişdiriləcək
İdman 18:47
“Sabah”ın oyunu ilə əlaqədar 18 avtobus marşrutunun hərəkət sxemi dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol