• $
  • £

Futbol veteranlarına təqaüd ayrıldı

Futbol veteranlarına təqaüd ayrıldı
07.03.2018 17:29
Bu gün Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.

Anews.az xəbər verir ki, gündəlikdəki məsələlərin müzakirəsindən əvvəl AFFA-nın prezidenti Rövnəq Abdullayev futbol veteranı, uzun illər SSRİ çempionatının güclülər dəstəsində, habelə beynəlxalq oyunlarda hakimlik etmiş Rüstəm Rəhimovu 70 illik yubileyi münasibətilə təbrik edib, ona üzərində "R.Rəhimov 70” yazılmış simvolik hakim forması təqdim olunub. 

Rüstəm Rəhimov göstərilən diqqətə görə minnətdarlığını bildirib, müəllifi olduğu "Bu, mənim alın yazımdır” avtobioqrafik kitabını AFFA prezidentinə hədiyyə edib.

İcraiyyə Komitəsi gündəlikdəki məsələlərin müzakirəsindən sonra aşağıdakı qərarları qəbul edib:
 
1. Zeynal Zeynalov çimərlik futbolu üzrə Azərbaycan milli komandasının baş məşqçisi təyin olunsun.
 
2. Adları aşağıda göstərilmiş futbol veteranlarına AFFA-nın təqaüdü verilsin:

Xüsusi təqaüd: Müzəffər Qasımov, Gündüz Cəfərov
 
Təqaüd: Vaqif Davudov, Nadir Qasımov, İsmayıl Hüseynov, Ağarza Rzayev
 
3. Zaur Hacı-Məhərrəmov AFFA-nın Klubların Lisenziyalaşdırılması üzrə komissiyasının üzvü təyin olunsun.

4. AFFA-nın yanında Media Komitəsinin yeni formatda fəaliyyəti ilə bağlı müzakirələrin aparılması katibliyə həvalə olunsun və İcraiyyə Komitəsinin növbəti iclasına təkliflər təqdim olunsun.

İclasda futbol oyunlarının nəticəsinin manipulyasiyası məsələləri və nəticəsi şübhə doğuran oyunlarla bağlı geniş müzakirə aparılıb.

Azərbaycan Futzal Federasiyasının prezidenti, İcraiyyə Komitəsinin üzvü Zaur Axundov futzal federasiyasının fəaliyyəti ilə bağlı məruzə edib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
UFC döyüşçüsü Rafael Fiziyev Bakıya gəlib
İdman 14:26
UFC döyüşçüsü Rafael Fiziyev Bakıya gəlib
"Qarabağ"dan daha bir transfer
İdman 22:14
"Qarabağ"dan daha bir transfer
“Qarabağ”ın ilk rəqibi müəyyənləşib
İdman 19:25
“Qarabağ”ın ilk rəqibi müəyyənləşib
“Sabah”ın ÇL-dəki rəqibi müəyyənləşib
İdman 18:30
“Sabah”ın ÇL-dəki rəqibi müəyyənləşib
DÇ-2026: Türkiyə millisi Avstraliyaya uduzub
İdman 10:00
DÇ-2026: Türkiyə millisi Avstraliyaya uduzub
Futbol üzrə 2026-cı il dünya çempionatının açılış mərasimi keçirilir
İdman 22:18
Futbol üzrə 2026-cı il dünya çempionatının açılış mərasimi keçirilir
Azərbaycanın 3x3 basketbol yığması Dünya Kubokunun 1/4 finalında
İdman 23:18
Azərbaycanın 3x3 basketbol yığması Dünya Kubokunun 1/4 finalında
Avropa çempionu olan Azərbaycanın minifutbol yığması Vətənə qayıdıb
İdman 19:29
Avropa çempionu olan Azərbaycanın minifutbol yığması Vətənə qayıdıb

Prezident Azərbaycan minifutbol millisi ilə bağlı paylaşım edib
İdman 10:04
Prezident Azərbaycan minifutbol millisi ilə bağlı paylaşım edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol