• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan Rusiyaya görə 300 milyon itirdi

Azərbaycan Rusiyaya görə 300 milyon itirdi
17.11.2014 19:45
2014-cü ildə Rusiyadan Azərbaycana olan pul köçürmələrinin həcmində kəskin azalma müşahidə olunub.Bunu iqtisadçı Vüqar Bayramov ANS PRESS-ə açıqlamasında bildirib. Onun sözlərinə görə, rəsmi hesablamalar bu məbləğin 1 milyard dollar olduğunu deyir. Lakin bəzi mənbələr köçürülən vəsaitin həcminin rəsmi hesablamalardan 2 dəfəyədək çox olduğunu - 2 milyard dollara yaxın olduğunu bildirir. “Bununla belə, 2015-ci ildə bu məbləğin 30% azalacağı proqnozlaşdırılır. Beləliklə, məbləğ yeddi yüz milyon dollara enəcək. Buna səbəb isə Rusiyaya qarşı tətbiq olunan iqtisadi sanksiyalar, Rusiyadakı iqtisadi böhran və rus rublunun aşağı düşməsidir”, - deyə Vüqar Bayramov əlavə edib.Onun sözlərinə görə, Rusiyadan Azərbaycana pul köçürmələrinin həcminin azalması ölkə iqtisadiyyatına ciddi təsir etməyəcək. Belə ki, qonşu ölkədən göndərilən pullar Ümum Daxili Məhsulun (ÜDM – 75 milyard dollar) yalnız 1,3 faizini, dövlət büdcəsi xərclərinin isə cəmi 4 faizini təşkil edir.“Bununla belə, nəzərə alsaq ki, Rusiyadan Azərbaycana göndərilən vəsaitin çoxu regionlarda yaşayan ailələrə göndərilir. Demək, köçürülən vəsaitin həcminin azalması bir çox ailələrin sosial vəziyyətinin pisləşməsinə səbəb olacaq. Bu səbəbdən pul köçürmələrinin həcminin azaldılması istənilən halda arzuolunan deyil”, - deyə Vüqar Bayramov bildirib.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan və Kamboca çərçivə sazişi imzalayacaq
İqtisadiyyat 12:43
Azərbaycan və Kamboca çərçivə sazişi imzalayacaq
Sabah Bakıda 26 dərəcə isti gözlənilir
İqtisadiyyat 12:17
Sabah Bakıda 26 dərəcə isti gözlənilir
İlham Əliyev Kambocanın baş naziri ilə görüşüb
İqtisadiyyat 11:42
İlham Əliyev Kambocanın baş naziri ilə görüşüb
Orta aylıq əməkhaqqı 1173 manata yüksəldi
İqtisadiyyat 11:20
Orta aylıq əməkhaqqı 1173 manata yüksəldi
Kamboca Baş naziri Bakıya gəlib
İqtisadiyyat 10:29
Kamboca Baş naziri Bakıya gəlib
Brent 103,37, WTI 90,29 dollara endi
İqtisadiyyat 09:51
Brent 103,37, WTI 90,29 dollara endi
Qızıl 4 222, gümüş 61,36 dollara çatdı
İqtisadiyyat 09:46
Qızıl 4 222, gümüş 61,36 dollara çatdı
Dollar 1,70, avro 1,9053 manat oldu
İqtisadiyyat 09:30
Dollar 1,70, avro 1,9053 manat oldu
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:34
Azərbaycan nefti ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol