• $
  • €
  • ₽
  • ₺
  • £

“Müharibə veteranları Zaranın Bakıya gəlməsinə etiraz edirlər” – QHT sədri

“Müharibə veteranları Zaranın Bakıya gəlməsinə etiraz edirlər” – QHT sədri
29.05.2020 00:04
"Ermənipərəst müğənni Zara Mqoyanın Bakıda konsert verməsinə münasibətim pisdir. Ümumiyyətlə, istənilən ermənin istər idman, istər mədəniyyət, istərsə də, sülh platforması adı ilə Bakıya dəvət olunmasına münasibətim pisdir. Əgər bu şəkildə sülh bağlanacaqsa, bu da çox pisdir”.

Bunu bizimyol.info-ya açıqlamasında Qarabağ qazisi, Müharibə Veteranı Qadınlarina Sosial Yardım İctimai Birliyinin sədri Rada Abbas bildirib.

Qarabağ qazisi 1905 və 1918-ci illərdə ermənilərin azərbaycanlılara qarşı soyqırımı aktlarını xatarladaraq dedi: "Sonra bizi onlarla barışdırdılar. Biz 70 il onlarla sülh içində yaşadığımızı düşündük. Amma ermənilər yenidən azərbaycanlılara qarşı soyqırım törətdilər.

Keçmişdə də hər şeyin üstündən keçilmişdi deyə biz bu gün acı nəticəni yaşayırıq. Zara dəfələrlə qondarma erməni soyqırımını dəstəkləyən, məlum siyasi baxışı olan və "Anam Ermənistan” deyərək oxuyan Zaranın Bakıya dəvət olunması bizə hörmətsizlik deməkdir”.

Qarabağ qazisi deyib ki, müharibə veteranları Zaranın Bakıya gəlməsinə etiraz edirlər: "Azərbaycan dövlətinin qurulması və ərazi bütövlüyü üçün 30 min şəhid və 50 min azərbaycanlı əlil olub. Biz yalnış etmişik?

Bakıda hazırda minlərlə erməni yaşayır. Biz kimin qarşısını kəsib burda yaşama demişik? Hansı erməniyə gözün üstdə qaşın var deyilib? Zaranın Bakıda konsert verməsi şəhid ailələrinə, Qarabağ əlillərinə, qazilərinə, qaçqın və məcburi köçkünlərə hörtməsizlikdir. Müharibə veteranları buna etiraz edir”.

Xəbər verdiyimiz kimi 26-29 iyul tarixlərində Bakıda "Jara-2018” Beynəlxalq Musiqi Festivalı keçiriləcək. Sözügedən musiqi festivalında isə erməni əsilli müğənni Zara Mgoyanın iştirak etməsi heç də birmənalı qarşılanmayıb. Belə ki, Zara Mgoyanın şəxsi "İnstagram” hesabından qondarma erməni soyqırımı ilə bağlı etdiyi paylaşımı da izləyicilərdə qəzəb doğurub.

Qeyd edək ki, Zara 29 iyul saat 19:00 tarixində səhnəyə çıxacaq

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir

Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol