• $
  • €
  • ₽
  • ₺
  • £

Müğənni Fədayə Laçın qatı cinayətkar, qatil deyil!

Müğənni Fədayə Laçın qatı cinayətkar, qatil deyil!
29.05.2020 08:47
Bakıda məhbusların qaçmasına kömək göstərməkdə təqsirləndirilən müğənni Fədayə Laçının vəkili Türkəl Süleymanlı açıqlama verib.

Anews.az bildirir ki, vəkil Axşam.az-ın əməkdaşı ilə söhbətində bildirib ki, prokurorun ifaçı üçün istədiyi 6 il həbs cəzasına etiraz ediblər:

"Fədayə Laçın qatı cinayətkar, qatil deyil ki, onu 6 il azadlıqdan məhrum etsinlər. Xalqın sənətkarıdır, tək anadır, vəziyyəti yaxşı deyil. Ailəsinin maddi durumu da çox pisdir. Prokurorun çıxışına etiraz etdik, ümid edirik ki, hakim bu cəzanı verməyəcək. Bizim istəyimiz Fədayə Laçının azadlığa buraxılmasıdır. Cəzasını şərti çəksin".

Vəkil bildirib ki, ifaçının səhhəti də yaxşı deyil:

"Fədayə Laçın Hepatitdən əziyyət çəkir. Bu xəstəlik daimi müalicə tələb edir. Həbsxanada isə bunu etmək mümkün deyil. Hazırda isə Fədayə xanım çox həyəcan keçirir. Növbəti məhkəməni gözləyirik. Gələn həftə olmalıdır".

Qeyd edək ki, ötən il oktyabrın 23-də Bakıda məhbusların qaçması faktı ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində başlanan cinayət işi üzrə Fədayə Məmmədova (Fədayə Laçın) təqsirləndirilən şəxs qismində cəlb olunaraq Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. İttiham aktına əsasən, 7 nəfər - Müzəffər Məmmədov, Emil Səfərov, Ramil Səlimov, Hətəm Əliyev, Vüsal Abbasov, Rövşən Camalov və Rəşad Məmmədov zərərçəkmiş şəxs qismində tanınır.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir

Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Xalq artisti Şəfiqə Məmmədova AKİ-nin sədri seçilib
Mədəniyyət 12:32
Xalq artisti Şəfiqə Məmmədova AKİ-nin sədri seçilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol