• $
  • €
  • ₽
  • ₺
  • £

Rəşad Sadıqov: “Dərhal təxribatçı erməniyə tərəf qaçdım ki, əlindəki əskini alım, amma...”

Rəşad Sadıqov: “Dərhal təxribatçı erməniyə tərəf qaçdım ki, əlindəki əskini alım, amma...”
14.12.2018 15:07
Avropa Liqasının "Arsenal” – "Qarabağ” matçının sonlarında meydana əlində Dağlıq Qarabağdakı separatçı rejiminin "bayrağı” ilə daxil olan erməni ilə bağlı bəzi məlumatlar yayılıb.

Anews.az saytı Qol.az-a istinadən xəbər verir ki, həmin dığanın Şuşa ermənisi olduğu bildirilir.

Hadisə zamanı erməni dığasının əynindəki geyimin üzərində Qarabağda məhv edilmiş  terrorçusu Monte Melkomyanın şəkli olub. Britaniyanın "Mirror” nəşri onun niyyətinin həm də "Arsenal”ın erməni oyunçusu Henrix Mxitaryana tərəf qaçmaq olduğunu yazıb.


Erməni gəncin bu təxribatına "Qarabağ”ın futbolçuları dərhal sərt reaksiya veriblər. Bu zaman Ağdam klubunun kapitanı Rəşad Sadıqov və yarımmüdafiəçisi Qara Qarayev fəallıq göstəriblər. Daha sonra stüardlar ermənini meydandan kənarlaşdıra biliblər.

Bu zaman tribunalara toplaşan "Qarabağ” azarkeşləri "Azərbaycan, Azərbaycan!” şüarı səsləndiriblər.


"Bu təxribatçını görən kimi dərhal ona tərəf qaçdım ki, əlindəki əskini alım. Amma stüardlar məni saxladı. Ona yaxınlaşmağıma imkan vermədilər. Bu, təxribatdır. Onun qarşısını almağa borclu idik" – deyə Rəşad Sadıqov hadisə ilə bağlı bildirib

"Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov isə klubun saytı vasitəsi ilə insidentə münasibətini açıqlayarkən bunları deyib: "Bu haqda çox danışmaq istəmirəm, sadəcə qorxaqlar belə hərəkət edirlər. Bu hərəkəti edən adam qorxub sonra qaçmamalıydı, yalnız qorxaqlar bir addım atıb, sonra isə qaçırlar".

Şotlandiya parlamentinin əməkdaşı, matçın azərbaycanllı diktoru Fuad Ələkbərov hadisə ilə bağlı özünün sosial şəbəkədəki səhifəsində yazıb: "London  polisinin zabiti mənə dedi ki, günahkar stadiona buraxılmaqdan ömürlük məhrum olunacaq. Bundan başqa, milli zəmində nifrət yaratmağa cəhdə görə ona qarşı cinayət işi açıla bilər”.

Qeyd edək ki, bu təxribata cəhdin Avropadakı erməni diasporunun dəstəyi ilə təşkil olunduğu istisna edilmir. 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
“Sabah”ın oyunu ilə əlaqədar 18 avtobus marşrutunun hərəkət sxemi dəyişdiriləcək
İdman 18:47
“Sabah”ın oyunu ilə əlaqədar 18 avtobus marşrutunun hərəkət sxemi dəyişdiriləcək
"Sabah" – "Slaviya" oyununu avstriyalı hakim idarə edəcək
İdman 13:01
"Sabah" – "Slaviya" oyununu avstriyalı hakim idarə edəcək
Bakıda cüdo üzrə dünya çempionatında Azərbaycan millisi Avstriyaya qalib gəlib
İdman 10:09
Bakıda cüdo üzrə dünya çempionatında Azərbaycan millisi Avstriyaya qalib gəlib
Cüdo üzrə dünya çempionatının bayrağı Qazaxıstana təhvil verilib
İdman 21:55
Cüdo üzrə dünya çempionatının bayrağı Qazaxıstana təhvil verilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol