• $
  • €
  • ₽
  • ₺
  • £

"Məxfi əsirlər” sənədli filminin təqdimatı keçirilib - Fotolar

29.05.2020 00:00
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində "Məxfi əsirlər” sənədli filminin təqdimatı keçirilib.

Axşam.az xəbər verir ki, DTX-nin yaradıcı heyəti tərəfindən istehsal olunmuş filmdə Azərbaycan xalqının İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin qazanılmasına verdiyi müstəsna töhfələrdən bəhs olunur. DTX-nin arxiv sənədləri və zəngin faktoloji materialları əsasında ərsəyə gələn filmdə, həmçinin Avropa müqavimət hərəkatında göstərdikləri xüsusi şücaətə görə vaxtilə Fransa və İtaliya hökumətləri və hərbi komandanlıqları tərəfindən "Vətənpərvərin sertifikatı” ilə təltif edilmiş azərbaycanlı partizanların döyüş yolundan bəhs olunur.

Tədbirdə DTX-nin rəisi, general-polkovnik Mədət Quliyev, dövlət rəsmiləri, ictimai-siyasi xadimlər, tanınmış mədəniyyət və incəsənət adamları, xarici ölkələrin səfirləri və Bakıda akkreditə olunan diplomatik korpusun nümayəndələri iştirak ediblər.

Filmin quruluşçu rejissoru və ssenari müəllifi Zəhra Quliyeva çıxışında bildirib ki, azərbaycanlılar döyüşkən ruha, əyilməz iradəyə və böyük əzmə malik, öz torpağını canı bahasına qorumağa hazır olan vətən övladları kimi hər zaman seçiliblər.

Qeyd edək ki, Zəhra Quliyeva DTX-nin rəisi Mədət Quliyevin həyat yoldaşıdır. 


















www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir

Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol