• $
  • €
  • ₽
  • ₺
  • £

Baş məşqçi: "Hər kəs sabahkı matçı gözləyir"

Baş məşqçi:
10.06.2019 20:30
"Rəqib çox yaxşı və maraqlı komandadır. İki oyun arasında çox az vaxt oldu. Birinci matçda Macarıstana uduzduq və məyus olduq. Yaxşı hazırlaşmışıq. Komanda ilə söhbətimiz də olub. Çətin oyun olacaq. Aparıcı klublarda çıxış edən futbolçuları var. Buna baxmayaraq, qarşılaşma bizim üçün çox önəmlidir. Hər kəs sabahkı matçı gözləyir."

"Report" xəbər verir ki, bu fikirləri Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç AVRO-2020-nin seçmə mərhələsində Slovakiya ilə keçirəcəkləri oyundan öncə mətbuat konfransında deyib.

53 yaşlı mütəxəssis azarkeşlərin sosial şəbəkələrdə komandanın nəticələrinə etiraz etməsinə münasibət bildirib: "Bu barədə məlumatım yoxdur. Komanda çalışacaq ki, əlindən gələni etsin. Yaxşı nəticə üçün mübarizə aparacağıq".

Xorvat məşqçi Macarıstana 1:3 hesabı ilə uduzdaqları görüşdən sonra AFFA prezidenti Rövnəq Abdullayevlə görüşmədiyini deyib: "Bəlkə, bu matçdan sonra görüşəcəyik. Son iki oyunu təhlil edəcəyik".

Yurçeviç sabahkı matçda müsbət nəticəyə ümid etdiyini vurğulayıb: "Biz əvvəlki matçda pis oynamadıq. İstənilən kollektivə qarşı oynamaq olar. Hər oyunda xal və xallar qazanmağa cəhd göstərəcəyik. Oyunçular hər zaman tam şəkildə əllərindən gələni edir. Onları tənqid edə bilmərəm. Hər komandanı fərqli təhlil edirik. Çox optimistəm. Komanda olaraq əlimizdən gələni edəcəyik".

Xorvat mütəxəssis Macarıstana qarşı məğlubiyyəti təhlil etdiyini söyləyib: "Bəzi razı qaldığım məqamlar var idi. Son 30 metrdə isə təhlükəli deyildik.
 
Standart vəziyyətlərə də hazırlaşmışdıq, belə epizodda qapımızda qol gördük. Biz üç gündən sonra növbəti matçı keçirəcəyik. Azərbaycan komandası buna öyrəşməyib. Zədəli futbolçular yoxdur. Oyunçuların fiziki durumunu izləyəcəyəm. Qət edilən məsafəyə görə Macarıstandan geri qalmadıq. Sadəcə, nəticə qazana bilmədik. Mən 40 ildir ki, futbolun içindəyəm. Hər kəs mübarizə aparan komandanı sevir. Meydanda rəqibi də nəzərə almaq lazımdır. Onların güclü oyunu işi daha da çətinə salır".

Baş məşqçi son görüşdə qapıya kifayət qədər zərbə vura bilmədiklərini deyib: "Oyunçular məşqdə qapıya zərbə vursalar da, oyunda bunu edə bilmirlər".
Qeyd edək ki, Azərbaycan - Slovakiya matçı iyunun 11-i saat 20:00-da "Bakcell Arena"da başlayacaq.



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
“Sabah”ın oyunu ilə əlaqədar 18 avtobus marşrutunun hərəkət sxemi dəyişdiriləcək
İdman 18:47
“Sabah”ın oyunu ilə əlaqədar 18 avtobus marşrutunun hərəkət sxemi dəyişdiriləcək
"Sabah" – "Slaviya" oyununu avstriyalı hakim idarə edəcək
İdman 13:01
"Sabah" – "Slaviya" oyununu avstriyalı hakim idarə edəcək
Bakıda cüdo üzrə dünya çempionatında Azərbaycan millisi Avstriyaya qalib gəlib
İdman 10:09
Bakıda cüdo üzrə dünya çempionatında Azərbaycan millisi Avstriyaya qalib gəlib
Cüdo üzrə dünya çempionatının bayrağı Qazaxıstana təhvil verilib
İdman 21:55
Cüdo üzrə dünya çempionatının bayrağı Qazaxıstana təhvil verilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol