• $
  • €
  • ₽
  • ₺
  • £

Baş nazir qərar verdi: bu şəxslərin maaşları artır

Baş nazir qərar verdi: bu şəxslərin maaşları artır
10.09.2019 09:42
Baş nazir Novruz Məmmədov Xüsusi Dövlət Mühafizə Xidmətinin (XDMX) hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının və hərbi qulluqçularının hərbi rütbəyə görə maaşlarının məbləğlərinin təsdiq edilməsi barədə qərar imzalayıb.
Anews.az-ın məlumatına görə, Nazirlər Kabineti XDMX hərbi qulluqçularının (Xidmətin rəhbərliyinə aid olan hərbi qulluqçular istisna olmaqla) aylıq vəzifə (tarif) maaşlarının məbləğləri təsdiqləyib.

Eyni zamanda, 2 nömrəli əlavə ilə XDMX dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə maaşlarının məbləğləri, 3 nömrəli əlavə ilə XDMX hərbi qulluqçularının hərbi rütbəyə görə maaşlarının məbləğləri təsdiqlənib.

Qərarda bildirilib ki, Maliyyə Nazirliyi XDMX hərbi qulluqçularının aylıq pul təminatının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artımı ilə əlaqədar tələb olunan vəsaitin ödənilməsini təmin etməlidir.
Bu qərar 2019-cu il sentyabrın 1-dən qüvvəyə minir.

Qeyd edək ki, Prezident İlham Əliyevin iyunun 18-də imzaladığı sərəncamla XDMX hərbi qulluqçularının maaşları artırılıb.
Sərəncama əsasən, XDMX hərbi qulluqçularının müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) aylıq pul təminatının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq pul təminatı vəzifə maaşlarının orta hesabla 40 faizi həcmində artırılıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
15-29 yaşlı qadınlar arasında işsizlərin payı kişilərdən yüksək olub
İqtisadiyyat 16:37
15-29 yaşlı qadınlar arasında işsizlərin payı kişilərdən yüksək olub
Gürcüstan Azərbaycandan təbii qaz idxalını artırıb
İqtisadiyyat 16:33
Gürcüstan Azərbaycandan təbii qaz idxalını artırıb
Vüqar Bayramov: Qarabağın iqtisadiyyatı 2020-ci ildən bəri dörd dəfə böyüyüb
İqtisadiyyat 11:27
Vüqar Bayramov: Qarabağın iqtisadiyyatı 2020-ci ildən bəri dörd dəfə böyüyüb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol